Hollandiya milli komandasındakı kapitanlığı əlindən alınan "Qalatasaray"ın ulduzu Uesli Sneyder bu gün Çinə qarşı oynanılacaq matçın ilk 11-liyinə salınmayıb.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, Hollandiya millisinin baş məşqçisi Luis Van Qaal İndoneziyaya qarşı matçda kapitanlığı Sneyderdən alaraq Robin Van Persiyə vermişdi. Van Qaal matçdan sonra "Belə davam edərsə, kapitan da ola bilməz, komanda heyətinə də qatılmaz", deyib.