17:43 11.06.2013 842

Adamiya: " Əgər Azərbaycanda qalmaq variantı alınmasa..."

“İnter”dən ayrıldıqdan sonra klubsuz qalan gürcüstanlı futbolçu Georgi Adamiyanın apasport.az saytına müsahibəsi.

- “İnter”dən gedişinizdən sonra səs-sorağınız gəlmir. İşləriniz necədir? 

- Şükür Allaha, yaxşıyam. 1 günlük Bakıya gəlmişəm. Bu axşam Tiflisə qayıdacam. 

- Bakıya klublarla danışıqlara gəlmisiniz? 

- Yox. Şəxsi işlərimlə bağlı.

- Ötən mövsümü zədə üzündən boşa verdiniz. Tam sağalmısınız? 

- Son vaxtlar bu məqsədlə yenidən Almaniyaya yollanmışdım. Həkimlər son dəfə ayağımı müayinə edərək, artıq tam gücümlə məşq edə biləcəyimi dedilər. Yaxında məşqlərə başlayacağam. Əslində, mövsümün sonuna yaxın vəziyyətim yaxşı idi. Ancaq “Simurq”la oyundan sonra ağrılarım oldu. 

- “İnter”in sizinlə müqavilənin müdətini uzatmamağını necə qarşıladınız? Bu, sizin üçün gözlənilməz olmadı ki? 

- Gözlənilməz deyəndə ki, ötən mövsüm nə qədər zədədən əziyyət çəkdim, 7-8 ay oynamadım. Təəssüf ki, zədəmin sağalmağı bu qədər uzandı. Açığı, “İnter”lə mövsümün sonunda danışığım olmayıb. Mənə niyə saxlamadıqlarını bilmirəm, bir şey demədilər. Ancaq yəqin ki, zədəyə, formada olmadığıma görə yeni müqavilə imzalamaq istəməyiblər.

- Azərbaycandakı karyeranızda “İnter”in ən uğursuz olduğunu ağlınıza gələrdi? 

- Deməzdim ki, burada mənim üçün ən uğursuz komanda “İnter” oldu. Zədə hər bir futbolçunun başına gələ bilər. Heç kim bundan sığortalanmayıb. Elə oyunçular olur ki, zədə üzündən ümumiyyətlə, karyeralarını bitirməli olur. Ancaq Allaha şükür ki, mənim başıma belə şey gəlmədi. Ayağım indi yaxşıdır, artıq məşq edə biləcəyəm.

- 2005-ci qışından fasiləsiz oynadığınız Azərbaycan karyeranızın davam etdirmək perspektivini necə görürsünüz? 

- Mən Azərbaycanda qalıb, çıxışımı davam etdirmək istəyirəm. Ancaq bu, tək məndən asılı deyil. Klublarınızdan təklif almamışam.

- Sizcə, uzun müddət oynamayan, artıq 32 yaşı olan Georgi Adamiya yenidən klublarımıza lazım bilərmi? 

- Əvvəla, 32 yaş elə də böyük deyil. Əsas məsələ futbolçunun formada olmağıdır.

- Bəlkə uzun müddətdir kölgədə qaldığınızdan, klublar artıq siz unudub? 

- Ola bilər ki, kimlərsə məni unudub, kimlərsə üstümdən xətt çəkib. Ancaq mən hələ karyeramı bitirmək haqda düşünmürəm. Oynamağa hələ gücüm var. Sadəcə, son vaxtlar daha çox Almaniyada zədəmlə məşğul olduğumdan, heç kimlə ünsiyyət qurmağı lazım bilmədim. Çünki tam sağalmadığım halda kiminləsə danışmağım real deyildi. Artıq bundan sonra gələcək karyeramla bağlı işlərlə məşğul olacağam. Əgər Azərbaycanda qalmaq variantı alınmasa, vətənimə qayıdıb orda oynayacağam. 

- “İnter”də uzun illər komanda yoldaşınız olan Valeri Abramidze ilə də müqavilə başa çatıb. O, özünə yeni klub tapıb? 

- Yox. Abramidze hazırda Tiflisdədir.

- “İnter”dən Avropa Liqasında nə gözləyirsiniz? 

- Bu haqda bir şey deyə bilmərəm. Çünki komandadan mövsüm bitəndən sonra çox futbolçu gedib. Onların yerinə gələnlər isə azdır. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

14:57

MY-nin istəmədiyi vinger İtaliya nəhənginə keçməyə yaxındır

14:39

"Mançester Siti" 22 yaşlı müdafiəçini istəyir

14:21

Xabi Alonso Vaskesin "Real Madrid"də qalıb-qalmayacağına qərar verdi

14:03

"Kurban Berdiyev "Spartak" üçün ideal namizəddir"

13:44

"Trent bununla barışmalıdır" - Vircil van Deyk

13:25

Ançelottilərin yolu ayrıldı - SON DURUM

13:07

İki lqiada pley-offun püşkü atıldı

12:49

"Siti" üçün cari mövsüm qəzadır" - Erlinq Holand

12:31

"Rəhbərliyin istəyi odur ki, yeni mövsümdən Naxçıvanda çıxış edək" - Klubun icraçı direktoru yeni qərarların anonsunu verdi

12:15

"Qarabağ" "Nyukasl", "Atletik" və "Beşiktaş"dan öndədir - UEFA reytinqi

11:56

Rio Ferdinand xəstəxanaya yerləşdirildi

11:38

İspaniya nəhənginin Holandı nə vaxt transfer edəcəyi bilindi - MƏBLƏĞ

11:20

"Mançester Yunayted" Amorimlə bağlı qərarını verdi - SON DURUM

11:02

"Məktəbə onun futbolkası ilə gedir, başıma da sarğı bağlayırdım" - Rafinya

10:46

Azərbaycanda bu stadiona FİFA sertifikatı verildi - FOTO

10:27

Azərbaycan oxatanları Avropa Kubokuna qatıldılar

10:09

Paracüdoçularımız DÇ-də mübarizəyə başlayır

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Pikedən "Real"a atmaca - "Həmişə yaxşılar qalib gəlir"

Facebookdan bizi izləməyi unutmayın.
X