19:23 03.12.2013 612

Soyuq hava Endi Koulu azərbaycanca danışmağa məcbur etdi

“Futbol Bakcell ilə” layihəsi çərçivəsində Bakıya gələn İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Endi Koul dekabrın 3-də uşaqlarla görüşüb. Fanat.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən tədbirə AFFA-nın baş katibi Elxan Məmmədov və Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevlə müdafiəçi Mahir Şükürov da qatılıb.
 
“Neftçi”nin və millimizin sabiq hücumçusu Samir Ələkbərovun məşqçilik etdiyi komandanın üzvləri hər 3 oyunçunu salamlayıblar. Bu zaman Ələkbərovun Koulun adını Endi yox, Eşli kimi tələffüz etməsi diqqət çəkib. Bundan sonra veteran futbolçu Ağayev və Şükürovla birgə uşaqlarla futbol oynayıb. O, soyuq havada bir qədər qızışsa da, jurnalistlərə müsahibəsinə elə azərbaycanca “soyuqdur” sözləri ilə başlayıb: “Bakıya dünən gecə gəlmişəm. Amma burda olduğum qısa müddət ərzində gördüklərimdən razı qalmışam. Uşaqlarla futbol oynamağın ləzzəti həqiqətən də başqadı, çox gözəldi. Xüsusən də belə havada. Bu uşaqlar gələcək futbolçu nəslinin nümayəndələridi. Futbolunuzun gələcəyi həm də bu uşaqlardan asılıdı”.
 
Daha öncə onun “Mançester Yunayted”dəki sabiq komanda yoldaşı Duayt York da Bakıda olub. York mayın əvvəllərində Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin 90 illik yubileyi münasibətilə yerli və dünya futbolunun veteranları arasındakı yoldaşlıq görüşünə qatılıb. Koulun sözlərinə görə, keçmiş komanda yoldaşı da Bakıdan yaxşı təəssüratlarla ayrılıb: "O dedi ki, Bakı çox gözəl şəhərdi. Mən də gəlib, buranı öz gözlərimlə gördüm. Onunla eyni təəssüratlara malikəm. Bura gəlməyə dəyər. Mən də veteranlar arasında görüşdə iştirak etməyə hər zaman hazıram".
 
Hazırda “Mançester Yunayted”in səfiri kimi fəaliyyət göstərən Koul AFFA ilə şəxsən heç bir məsələni müzakirə etmədiyini söyləyib. O, ölkəmizə ilk dəfə səfər etdiyini xatırladıb. Səfəri zamanı AFFA rəsmiləri ilə görüşdüyünü deyən sabiq hücumçu onlarla tanışlıqdan məmnun qaldığını bildirib. Söhbət əsnasında millimizin son nəticələrinə də toxunulduğunu deyən Koul Azərbaycanda futbolun inkişaf etdiyini diqqətə çatdırıb: "Yığmanızın 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsindəki çıxışlarından xəbərdaram. Rusiya üzərində heç-heçə və Şimali İrlandiya üzərində qələbənizi xüsusi qeyd edərdim. Yavaş-yavaş, inamla futbolunuz inkişaf edir".
 
Koul futbolçu qismində İngiltərə “Nyukasl”ında çıxış etdiyi vaxt 1993/94-cü il mövsümündə 34 qolla Premyer Liqanın bombardiri olub. O, Premyer Liqa tarixində ikinci ən məhsuldar hücumçu sayılır. Sabiq forvardın fikrincə, hazırda Premyer Liqada bu göstəricidə rekord qırmağa Ueyn Runinin daha çox imkanı var: "Runinin bu göstəriciyə yaxınlaşmaq və ya ötmək baxımından göstəriciləri nisbətən əlverişlidi. Amma Premyer Liqa tarixində ikinci ən yaxşı bombardir olmağım siz mənə dedikdən sonra yadıma düşdü".
 
Tədbirin sonunda Koul, Ağayev və Şükürov uşaqlarla xatirə şəkli çəkdirib.

lent.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

Facebookdan bizi izləməyi unutmayın.
X