Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunları yekunlaşıb. Fanat.az xəbər verir ki, 1/4 finalda qarşılaşacaq 4 cütlük müəyyənləşib.
"Qəbələ" və "Qarabağ" ardıcıl üçüncü mövsümdə 1/4 finalda bir-birinə rəqib olub. "Simurq" mübarizədən kənarlaşdıraraq sensassiyaya imza atan "Araz" "Xəzər Lənkəran"la qarşılaşacaq. "Rəvan" - "Bakı"nı, "İnter" isə "Neftçi"ni sınağa çəkəcək.
Qeyd edək ki, 1/4 finalın ilk oyunları gələn ilin 12-13, cavab matçları 19 martında keçiriləcək.
Azərbaycan Kuboku
1/4 final
Rəvan - Bakı
Qəbələ - Qarabağ
İnter - Neftçi
Araz - Xəzər Lənkəran
Fanat.az