"İnter"in qapıçısı Elşən Poladovla "Simurq"un müdafiəçisi Ruslan Poladovun ailəsinə ağır itki üz verib. Fanat.az xəbər verir ki, Poladov qardaşlarının anası ötən axşam vəfat edib.
Bu səbəbdən Ruslan bu gün "Araz"la qarşılaşan "Simurq"un Naxçıvandakı düşərgəsini tərk edərək Bakıya dönüb. Elşən isə "Şuşa"nı sınağa çəkəcək "İnter"dən ayrılıb.
Fanat.az Poladov qardaşlarına dərin hüzunlə başsağlığı verir, mərhuməyə Allahdan rəhmət diləyir.
Fanat.az