"Mançester Siti" klubu "Sevilla"dan Xesus Navası transfer etdiyini rəsmən bəyan edib.
İdman24.az dünya mətbuatına istinadən xəbər verir ki, 23 dəfə İspaniya millisinin, 393 dəfə "Sevilla"nın formasını geyən futbolçunun transfer qiyməti hələ ki açıqlanmayıb. Müqaviləyə imza atdıqdan sonra Navas "Premyer Liqa çox templi liqadır. Klubda forma geymək üçün tələsirəm", deyib.
İdman24.az