"Fənərbaxça" transfer siyahısında olan paraqvaylı futbolçu Oskar Kordozo ilə görüşlərini davam etdirir.
İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, oyunçunun meneceri Ahmet Bulut "Klub və oyunçu arasında görüşlər davam edir", deyib.
2007-ci ildən bu yana "Benfika" forması geyən 30 yaşlı futbolçu 160 matçda 106 qol vurub.
İdman24.az