16:06 07.12.2013 758

Dənizlinin debütü və Azərbaycan derbisi - AFİŞA

Sabah Topaz Premyer Liqasının XVI turunun oyunları keçiriləcək. Fanat.az xəbər verir ki, həftəiçi kubok oyunları keçirildiyindən turun bütün matçları eyni gündə baş tutacaq.

Tura Qəbələdə start veriləcək. Şəhərin eyni adlı təmsilçisi saat 14.00-da "Simurq"la oyuna çıxacaq. "Simurq" artıq kubokda mübarizəni dayandırıb və avrokuboklara vəsiqə qazana biləcəyi yeganə turnir məhz Premyer Liqadı. "Qəbələ" isə hər iki cəbhədə mübarizəni davam etdirir. Bu turda "Qarabağ" - "Neftçi" oyunu var. Turnir cədvəlinə rəhbərlik edən komandalardan biri və ya hər ikisi xal itirə bilər ki, bu da Yuri Syominin işinə yarayır. Bu səbəbdən "Qəbələ" meydanı mütləq qələbə ilə tərk etməyə çalışacaq. "Simurq" isə çətin səfərdən ən azı bir xalla qayıtmaq niyyətindədi.

Bundan iki saat sonra AZAL - "Rəvan" matçına start veriləcək. AZAL kubokda daxil olmaqla 11 oyundu ki, qələbə qazana bilmir. "Təyyarəçilər" sonuncu dəfə 4-cü turda "Qarabağ" üzərində 3 xala sevinib. "Rəvan" isə Premyer Liqadakı son 10 oyununda qələbəyə həsrət qalıb. Bakı klubu V turda "Sumqayıt"ı yenəndən sonra meydanı 3 xalla tərk edə bilməyib. Əvəzində Şahin Diniyev "Rəvan"ın baş məşqçisi kimi ilk qələbəsini kubokda "Qaradağ" üzərində qazanıb.

Saat 17.00-da iki oyun başlayacaq. Qarşılaşmalardan birində "İnter" "Xəzər Lənkəran"ı qəbul edəcək. XVI tur qarşılaşmasından öncə komandalarda vəziyyət fərqlidi. Mövsümə uğursuz başlayıb sonradan özünə gələn "İnter" X turda "Qəbələ"yə yenildikdən sonra AZAL, "Rəvan", "Neftçi" və "Bakı"nı məğlub edib, "Simurq"la heç-heçə oynayıb. Üstəlik "bankirlər" kubokda "Şuşa" üzərində 7:0 hesablı qələbə qazanıb. "Xəzər Lənkəran" isə uğursuz gedişdən sonra Con Toşakı istefaya göndərərək Mustafa Dənizlini baş məşqçi postuna gətirib. Lənkəran klubu Premyer Liqada son qələbəsini X turda "Simurq" üzərində qazanıb. Bundan sonra çempionatda 5 oyun keçirən cənublular qələbəyə həsrət qalıb. Mustafa Dənizli "Xəzər Lənkəran"da ilk rəsmi oyununu "Neftçala" ilə kubokda keçirib və 4:0 hesablı qələbə qazanıb. Türk mütəxəssis indi Premyer Liqada debüt edəcək və ilk ciddi sınağını keçirəcək.

Eyni saatda başlayacaq "Sumqayıt" - "Bakı" oyununda qonaq komanda favoritdi. Bu komandaların kubok oyununda "Bakı" 2:1 hesablı qələbə qazanıb. Paytaxt təmsilçisi hazırda 21 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Son pillənin sahibi "Sumqayıt" isə son 12 oyunda meydanı 3 xalla tərk edə bilməyib. Aqil Məmmədovun yetirmələri sonuncu dəfə qələbə sevincini 3-cü turda, "Qəbələ" ilə görüşdə dadıb.

Turun son turunda "Qarabağ"la "Neftçi" üz-üzə gələcək. Saat 18.00-da başlayacaq matç tarixin 54-cü Azərbaycan derbisi olacaq. İndiyədək baş tutan 53 oyunda "Neftçi" 17, "Qarabağ" 15 qələbə qazanıb, 21 matç sülhlə bitib. Cari mövsüm əzəli rəqiblər arasında baş tutan ilk oyun 0:0 hesabı ilə başa çatıb. Ümumiyyətlə "Qarabağ"la "Neftçi" arasındakı son 5 qarşılaşmada meydan sahibi olan tərəf qalib gələ bilməyib.

Premyer Liqadakı ardıcıl 3 oyununda meydanı 1 xalla tərk edən "Qarabağ" ötən həftə liderliyi əldən verldi. Ağdamlıların "Simurq"la heç-heçəsindən yararlanan "Neftçi" "Sumqayıt"ı yenərək 13 turdan sonra ilk pilləni ələ keçirdi. Sonuncu dəfə V turda AZAL-a yenilən "Qarabağ" sonrakı 10 Premyer Liqa və 1 kubok oyununda məğlubiyyət acısı yaşamayıb. "Neftçi" isə XIV turda "İnter"ə boyun əyib. 

Bu oyun liderlik matçı olacaq. "Neftçi" udacağı halda zirvədəki yerini möhkəmləndirəcək. "Qarabağ" qələbə qazanmaqla ilk pilləni yenidən ələ keçirə bilər. Heç-heçə isə ən çox "Qəbələ"nei sevindirəcək. Bu halda "Neftçi" ilə xallarını bərabərləşdirərək ikinci pilləyə yüksələcək Yuri Syominin komandası yalnız şəxsi oyuna görə liderdən geri qalacaq.

Premyer Liqa
2013/14 mövsümü
XVI tur, 8 dekabr

Qəbələ - Simurq
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Munis Abdullayev, Nail Nağıyev.
AFFA nümayəndəsi: Telman Əzizov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Qəbələ şəhər stadionu. Saat 14.00.

AZAL - Rəvan
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Kərim Ağayev.
"AZAL Arena". Saat 16.00.

İnter - Xəzər Lənkəran
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
"Şəfa" stadionu. Saat 17.00.

Sumqayıt - Bakı
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Tahir Əhmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Rövşən Əhmədov.
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança. Saat 17.00.

Qarabağ - Neftçi
Hakimlər: Vüsal Əliyev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ramil Əhmədov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Asim Xudiyev.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 18.00.

1

Neftçi

15

9

4

1

23-13

31

2

Qarabağ

15

8

6

1

25-8

30

3

Qəbələ

15

9

2

4

22-13

29

4

İnter

15

7

2

6

25-19

23

5

Bakı

15

6

3

6

25-17

21

6

Simurq

15

4

7

4

12-12

19

7

AZAL

15

4

6

5

13-18

18

8

Xəzər L

15

3

6

6

11-21

15

9

Rəvan

15

1

6

8

8-26

9

10

Sumqayıt

15

1

4

10

7-24

7


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
17:05

''Beşiktaş'' ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X