Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüşüb. Fanat.az xəbər verir ki, bu barədə qurumun rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, Foqts ötən mövsüm ərzində milli komandada fəaliyyəti barədə AFFA prezidentinə hesabat verib. AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katibi Elxan Məmmədov görüşdə iştirak edib.
Fanat.az