Dünən Bakıya gəlib AFFA prezidenti Rövnəq Abdullayevlə görüşən Berti Foqts hələ ölkəmizdədi. Fanat.az xəbər verir ki, alman mütəxəssis bu gün Premyer Liqanın oyunlarını izləyəcək.
Belə ki, Foqts saat 17.00-da başlayacaq "İnter" - "Xəzər Lənkəran" və bir saat sonra start götürəcək "Qarabağ" - "Neftçi" matçlarına tamaşa edəcək. Oyunlar arasında cəmi bir saat fərq olduğundan baş məşqçinin vaxtını necə böləcəyi bilinmir.
Fanat.az