"Qalatasaray"da gələcəyi müzakirə mövzusu olan Yohan Elmander üçün "Hull Siti" klubu 500 min avro təklif edib.
İdman24.az-ın dünya mətbuatına istinadən verdiyi xəbərə görə, klubun baş məşqçisi Stiv Bryus sürətlə inkişaf üçün qolçu oyunçu axtarır. Stiv Bryus daha öncə "Bolton"dakı müqaviləsi bitən Elmanderi "Sunderland"a transfer etmək istəmişdi, amma isveçli ulduz "Qalatasaray"a getmişdi.
İdman24.az