AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, əvəzedici heyətlərin çempionatının XVI turunun oyunlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Simurq"la oyunun 75-ci dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Murad Musayev 4 oyunluq cəzalandırılıb, klubu 2000 manat cərimə olunub. Bu oyunda 4 futbolçusu sarı vərəqə alan "Qəbələ" və 5 oyunçusu cəzalanan "Simurq" 500 manat cərimələnib.
“İnter”lə matçın 90+1-ci dəqiqəsində qırmızı vərəqə alan “Xəzər Lənkəran” Heydər Babayev və “Sumqayıt”la matçın 39-cu dəqiqəsində meydandan qovulan “Bakı”nın üzvü Mətin Əbilsoy 1 oyunluq cəzalanıb, klubları 100 manat cərimə edilib. Hər iki futbolçu idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alıb.
Fanat.az