AFFA İntizam Komitəsinin Samir Abbasova ardıcıl iki turdan sonra cəza verməsi barədə xəbər venmişdik. Məlumat üçün xatırladaq ki, "Neftçi" ilə XVI tur oyununun 90-cı dəqiqəsində hakimi təhqir edən "Sumqayıt"ın üzvü 4 oyunluq cəzalandırılmışdı. Bu səbəbdən XVII turun "Bakı" ilə oyununda meydana çıxmayan Abbasov matçdan sonra yenə hakimləri təhqir edib. Ona bu dəfə də 4 oyunluq cəza verilib. Beləliklə, Samirin cəzası 8 oyuna çatıb.
Bəs "Sumqayıt"ın futbolçusu nə vaxt yaşıl meydanlara dönəcək? Fanat.az xəbər verir ki, "Bakı" ilə oyunu buraxan Abbasov bundan sonra da 7 oyunda kənarda qalacaq. Bunlardan ikisi 2013, 5-i 2014-cü ilə təsadüf edəcək. Samir bu il "İnter" və "Qəbələ", gələn il isə AZAl, "Rəvan", "Xəzər Lənkəran", "Simurq" və "Neftçi" oyunlarını buraxacaq. O, XIV turun martın 1-ə təsadüf edəcək "Bakı" ilə oyununda meydana dönəcək. Beləliklə, sonuncu dəfə "Neftçi" ilə oyunda - noyabrın 30-da Premyer Liqa oyununa çıxan Abbasov düz 90 gündən sonra çempionat oyunu görəcək.
"Bakı" ilə oyundan sonra "Sumqayıt"ın daha iki üzvü cəzalanıb. Belə ki, 90+2-ci dəqiqədə Ruslan Qurbanov, matçdan sonra isə Slavik Alxasov hakimləri söyüb və hər ikisi 4 oyunluq cəza alıb. Onlar bu il baş tutacaq "İnter" və "Qəbələ", gilən il isə AZAL və "Rəvan" matçlarını buraxacaq. Hər iki futbolçu "Neftçi"yfə məxsusdu və qışda klubun düşərgəsinə dönmələri gözlənilir. Ruslanla Slavik 2014-cü ilə "ağ-qaralar"la başlasa, "Simurq" və "Xəzər Lənkəran"la oyunları kənardan izləyəcəklər.
Fanat.az