Sabah Avropa Liqasında qrup mərhələsinə yekun vurulacaq. Fanat.az xəbər verir ki, VI turda 12 qrupda 24 qarşılaşma baş tutacaq və 1/16 finala vəsiqə qazanan son 6 komanda müəyyənləşəcək.
İndiyədək A qrupunda “Valensiya” (İspaniya), B qrupunda “Ludoqorets” (Bolqarıstan), C qrupunda “Salzburq” (Avstriya), “Esbyerq” (Danimarka), D qrupunda “Rubin” (Rusiya), E qrupunda “Fiorentina” (İtaliya), “Dnepr” (Ukrayna), F qrupunda “Ayntraxt” (Almaniya), G qrupunda “Genk” (Belçika), H qrupunda “Sevilya” (İspaniya), İ qrupunda “Lion” (Fransa), “Betis” (İspaniya), J qrupunda “Trabzonspor” (Türkiyə), “Latsio” (İtaliya), K qrupunda “Tottenhem” (İngiltərə), “Anji” (Rusiya), L qrupunda PAOK (Yunanıstan) və “Alkmaar” (Hollandiya) növbəti mərhələyə vəsiqəni təmin edib.
Sabahkı oyunlarda A, B, D, F, G və H qruplarından mərhələ adlayacaq 6 klub müəyyənləşəcək. Bununla da 1/16 finala çıxacaq 24 komandanın adı müəyyənləşəcək. Bu mərhələnin daha 8 iştirakçısı Çempionlar Liqasından gələcək.
Türkiyənin turnirdəki tək təmsilçisi "Trabzonspor" "Latsio"nun qonağı olacaq. Hazırda Trabzon klubunun 13, Roma təmsilçisinin 11 xalı var. Bu matç qrupun liderini müəyyəqləşdirəcək.
Avropa Liqası
Qrup mərhələsi
VI tur, 12 noyabr
A qrupu
22.00 Sent Qallen (İsveçrə) - Suonsi (İngiltərə)
22.00 Valensiya (İspaniya) - Kuban (Rusiya)
Turnir cədvəli: Valensiya - 12. Suonsi - 8. Kuban - 5. Sent Qallen - 3.
B qrupu
22.00 Dinamo (Xorvatiya) - Ludoqorets (Bolqarısran)
22.00 PSV (Hollandiya) - Çernomorets (Ukrayna)
Turnir cədvəli: Ludoqorets - 13. PSV - 7. Çernomorets - 7. Dinamo - 1.
C qrupu
22.00 Salzburq (Avstriya) - Esbyerq (Danimarka)
22.00 Standard (Belçika) - Elfsborq (İsveç)
Turnir cədvəli: Salzburq - 15. Esbyerq - 12. Standard - 1. Elfsborq - 1.
D qrupu
22.00 Maribor (Sloveniya) - Viqan (İngiltərə)
22.00 Zulte Varegem (Belçika) - Rubin (Rusiya)
Turnir cədvəli: Rubin - 11. Zulte Varegem - 7. Viqan - 5. Maribor - 4.
E qrupu
22.00 Panduri (Rumıniya) - Pakuş Ferreyra (Portuqaliya)
22.00 Fiorentina (İtaliya) - Dnepr (Ukrayna)
Turnir cədvəli: Fiorentina - 13. Dnepr - 12. Pakuş Ferreyra - 2. Panduri - 1.
F qrupu
22.00 Makkabi (Təl-Əviv, İsrail) - Bordo (Fransa)
22.00 Ayntraxt (Almaniya) - APOEL (Cənubi Kipr)
Turnir cədvəli: Ayntraxt - 12. Makkabi - 8. APOEL - 5. Bordo - 3.
G qrupu
00.05 Tun (İsveçrə) - Genk (Belçika)
00.05 Dinamo (Ukrayna) - Rapid (Avstriya)
Turnir cədvəli: Genk - 11. Dinamo - 7. Rapid - 6. Tun - 3.
H qrupu
00.05 Eştoril (Portuqaliya) - Liberets (Çexiya)
00.05 Frayburq (Almaniya) - Sevilya (İspaniya)
Turnir cədvəli: Sevilya - 9. Liberets - 6. Frayburq - 6. Eştoril - 3.
I qrupu
00.05 Gimaraynş (Portuqaliya) - Olimpik (Lion, Fransa)
00.05 Betis (İspaniya) - Rieka (Xorvatiya)
Turnir cədvəli: Olimpik - 9. Betis - 8. Gimaraynş - 5. Rieka - 3.
J qrupu
00.05 Latsio (İtaliya) - Trabzonspor (Türkiyə)
00.05 Apollon (Cənubi Kipr) - Legiya (Polşa)
Turnir cədvəli: Trabzonspor - 13. Latsio - 11. Apollon - 4. Legiya - 0.
K qrupu
00.05 Tottenhem (İngiltərə) - Anji (Rusiya)
00.05 Şerif (Moldova) - Tromse (Norveç)
Turnir cədvəli: Tottenhem - 15. Anji - 8. Şerif - 3. Tromse 1.
L qrupu
00.05 Makkabi (Hayfa, İsrail) - Şaxtyor (Qazaxıstan)
00.05 PAOK (Yunanıstan) - Alkmaar (Hollandiya)
Turnir cədvəli: Alkmaar - 11. PAOK - 11. Makkabi - 2. Şaxtyor - 2.
Fanat.az