Topaz Premyer Liqasının XVII turunda “Rəvan”ı qəbul edəcək "Xəzər Lənkəran" hazırlıqlarını davam etdirir. Fanat.az xəbər verir ki, dünən qar yağması səbəbindən məşqini qapalı süni örtüklü meydanda keçirən Lənkəran klubu bu gün ehtiyat meydanda məşqinə çıxıb.
Saat 11.30-da başlayan hazırlıq əsasən taktiki çalışmalardan ibarət olub və bütün futbolçular məşqdə istirak edib. Sabah oyunöncəsi son məşqini keçirəcək “Xəzər Lənkəran” matç saatını gözləyəcək.
Fanat.az