"Qəbələ" ilə oyundan əvvəl 2 gün məşq etməmişdim, zədəm var idi. Ancaq son 2 gün komanda ilə hazırlıq keçmişdim. “Qəbələ” ilə oyuna yaxşı köklənmişdim. Ağır oyun olsa da, maraqlı keçdi". Fanat.az xəbər verir ki, bu sözləri "Neftçi"nin futbolçusu Mahir Şükürov deyib.
Matçın son saniyələrində cərimə zərbəsindən qələbə qolunu vuran bununla bağlı da danışıb: "Bu yöndə məşqlərdə öz üzərimdə işləyirəm. Millidə Şimali İrlandiyaya da son saniyələrdə belə qol vurmuşdum. İnanırdım ki, bu dəfə də rəqib qapısına fərqlənəcəyəm. Oyundan qabaq demişdim ki, birini Araz Abdullayev, birini isə mən vuracağam. Birinci özümün, sonra isə Arazın qol vuracağını demişdim. Ancaq tərsinə oldu".
Fanat.az