Türkiyənin "NTV Spor" kanalı Azərbaycan yığması barədə süjet hazırlayıb. Fanat.az xəbər verir ki, türk həmkarlarımız Berti Foqtsun 2020-yədək millimizdə qalacağını iddia edib.
Onların fikrincə, əgər yığma hər seçmə mərhələdə daha çox xal toplayırsa deməli, irəliləyiş var: "Azərbaycan millisi növbəti 2 ildə də Berti Fotqsla olacaq. AFFA yeni müqavilə imzaladı və hədəfləri açıqladı. Maraqlıdır ki, bu posta başqa namizəd yox idi. Yəni azərilər 6 il almanla çalışdı və növbəti dəfə ona etibar etdi. Əslində Azərbaycan millisində işləmək həm asandı, həm çətin. Bu komanda Avropa və dünya çempionatlarının final mərhələsinə vəsiqə uğrunda yarışmır. Sadəcə daha çox xal toplamaqla sonuncu olmamaq üçün çalışır".
"NTV Spor" məlumat verir ki, Berti Foqts 2020-ci ilə qədər Azərbaycanda işləyəcək. Çünki, əsas hədəf kimi 2020-ci ildə keçiriləcək Avropa çempionatıdı: "Bakı AVRO-2020-nin 5 oyunun keçirmək istəyir. Əlbəttə, belə olanda Azərbaycan millisinin orada oynaması üçün işlər aparılmalıdı. 4 seçmə mərhələdə millinin baş məşqçisi olan Foqts 2020-ci ilə qədər qalacaq. Çünki, növbəti 4 ildə başqa məşqçiyə etibar etmək riskli olacaq. Alman məşqçi federasiya tərəfindən dəstəklənir və ona görə rahat işləyir. Millinin xaricdə oynayan futbolçusu yoxdur. Güclü çempionatlarda azəriləri görmək mümkün deyil. Buna görə Foqts əlində olan futbolçularla kifayətlənir.
Azərbaycan mediası və futbol ictimaiyyəti onu sevmir. Bununla belə Foqts federasiya tərəfindən dəstək alır. Növbəti seçmə mərhələdə Azərbaycan millisinin əsas hədəfi daha çox xal toplamaq və qrupda 4-5-ci yerləri tutmaq olacaq. Əlbəttə, azərilər 3-cü yerə oynaya bilər. Amma şanslar azdı. Güclü rəqiblərə qarşı Azərbaycan o qədər inamlı oynamır. Yığma üzvləri demək olar dəyişmir. Ardıcıl bir neçə oyuna eyni heyət çıxır. Azərbaycan futboluna çoxlu sayda pul yatırılır. Amma uşaq futbolunun nəticəsi yalnız növbəti 3-4 ildən sonra özünü göstərəcək.
Ölkədə stadion problemi həll olunub. Əvvəllər yalnız Bakıda yerləşəm mərkəzi stadion olub. İndi isə Azərbaycanda 5-dən çox arena var. Hər klubun öz stadionu var və daha biri tikilməkdədir. Olimpiya stadionunun tutumu 65 min olacaq. Azərbaycan futbolu inkişaf ilinə qədəm qoyur. Qardaş ölkə bir neçə ildən sonra daha güclü komandaya nəsib ola bilər".
Fanat.az