Topaz Premyer Liqasında II dövrəyə və 2013-cü illə yekun vurulub. Fanat.az xəbər verir ki, XVIII turun bütün oyunları eyni gündə keçirilib.
Qış çempionluğu uğrunda mübarizə aparan "Qəbələ" "Bakı"nı 2:1, "Qarabağ" "İnter"i 2:0 hesabı ilə yenib, lider "Neftçi" AZAL-a uduzub - 1:2. Bununla da xal hesabını 36-ya yüksəldən "Qarabağ" fasiləyə lider kimi yollanıb. "Qəbələ" 35 xalla ikinci olub. XVIII tur ərəfəsində qış çempionluğuna ən şanslı namizəd "Neftçi" iəs 34 xalla üçüncü pilləni tutub.
Oyunlara gəlincə, "Bakı" ilə matçda "Qəbələ"nin ilk qoluna Daniel Subotiç imza atıb. Premyer Liqanın bombardirlər siyahısında yer alan forvard Azərbaycanda 7-ci qolunu 20-ci dəqiqədə vurub. 90+2-ci dəqiqədə "Bakı"nın üzvü Şəhriyar Əliyev qırmızı vərəqə alıb. Bir dəqiqə sonra isə Lorenzo Ebesilio matçın nəticəsini müəyyənləşdirib - 2:0.
"Neftçi" son 4 oyunda yendiyi, ümumilikdə isə 10 dəfə məğlub etdiyi AZAL-ın qonağı olub. Uğursuz mövsüm keçirən "təyyarəçilər" bütün proqnozları alt-üst edərək iddialı rəqiblərini əliboş yola salıblar. Hesabı 19-cü dəqiqədə Con Oluremi açıb. 59-cu dəqiqədə Rəşad Sadiqov tarazlığı bərpa edib. 80-83-cü dəqiqələrdə "Neftçi"nin iki üzvü - Mahir Şükürovla Elvin Yunuszadə qırmızı vərəqə alıb. Sona iki dəqiqə qalmış isə Aleksandr Şemonayev AZAL-ın qələbə qoluna imza atıb - 2:1.
Ötən tur "Bakı"ya yenilən "Qarabağ" isə digər paytaxt təmsilçisi "İnter"dən üstün olub. Matçın 58 dəqiqəsi qolsuz bərabərliklə başa çatıb. İlk qolu 58-ci dəqiqədə Vüqar Nadirov rəqib qapısına vurub. 7 dəqiqə sonra isə Riçard Almeyda matçın nəticəsini müəyyənləşdirib - 2:0.
"Xəzər Lənkəran" doğma meydanda "Sumqayıt"ı qəbul edib. Mustafa Dənizlinin gəlişindən sonra məğlubiyyət acısı yaşamayan, türk mütəxəssisin rəhbərliyi altında çıxdığı oyunlarda uduzmayan Lənkəran təmsilçisi bu dəfə də 3 xala sevinib. Hesabı 18-ci dəqiqədə Sadio Tounkara açıb. 8 dəqiqə sonra Deyvid Sakkoni fərqlənib. 37-ci dəqiqədə Orxan Əliyev fərqi azaltsa da, ilk yarının son saniyələrində Mbilla Etame "Xəzər Lənkəran"ın üçüncü qolunu vurub. Kamerunlu futbolçu 51-ci dəqiqədə fərqi 3 topa çıxarıb. Bundan sonra meydan sahibləri arxayınlaşıb və "Sumqayıt" bu şansdan yararlanıb. Belə ki, 80-ci dəqiqədə Pərdis Fərcad-Azad penaltini dəqiq yerinə yetirib, iki dəqiqə sonra Ruslan Nəsirli rəqib qapısına yol tapıb. Lakin qonaqların bundan artığına gücü çatmayıb - 4:3.
Ötən tur AZAL-ı 3:0 hesabı ilə yenən "Simurq" bu dəfə "Rəvan"a eyni aqibəti yaradıb. Zaqatala təmsilçisi paytaxt klubunu səfərdə 3 cavabsız qola qonaq edib. Hesabı 22-ci dəqiqədə Draqan Çeran açıb. 39-cu dəqiqədə Raul Kostin, 6 dəqiqə sonra Stepan Polyak fərqlənib. 59-cu dəqiqədə "Rəvan"dan Mişel Balokoq qırmızı vrəqə alsa da, "Simurq" fərqi artıra bilməyib - 3:0.
Premyer Liqa
2013/14 mövsümü
II dövrə, XVIII tur
20 dekabr
Qəbələ - Bakı 2:0
Qollar: Daniel Subotiç, 20. Lorenzo Ebesilio, 90+3.
Qəbələ: 27. David Pietrzkeviç, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev (17. Nuran Qurbanov, 73), 10. Dodo, 14. Lorenzo Ebesilio, 18. İbrahima Niasse, 31. Daniel Subotiç (19. Abdulvahid Afolabi, 88), 36. Elnur Allahverdiyev, 42. Leonardo da Silva (9. Viktor Mendi, 59).
Ehtiyat oyunçular: 55. Cavidan Hüseynzadə, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 84. Deyan Kelhar.
Baş məşqçi: Yuri Syomin.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 5. Ruben Qonzales, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev, 12. Etto, 15. Alberto Noquera, 17. Risto Ristoviç (10. Aleksandar Soliç, 52//20. Mindauqas Kalonas, 68), 21. Elvin Məmmədov (16. Juninyo, 74), 23. Mario Lukas Horvat, 34. Şəhriyar Əliyev.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 22. Namiq Ələsgərov, 24. Georgios Pelagios, 31. Vüqar Mustafayev.
Baş məşqçi: Milinko Pantiç.
Sarı vərəqələr: Amit Quluzadə, 18 (qeyri-idman hərəkəti). Elnur Allahverdiyev, 42 (qeyri-idman hərəkəti). Daniel Subotiç, 47 (simulyasiya). David Pietrzkeviç, 83 (oyunun bərpasını gecikdirdiyi üçün). Lorenzo Ebesilio, 85 (qeyri-idman hərəkəti) - Alberto Noquera, 38 (qeyri-idman hərəkəti). Şəhriyar Əliyev, 54 (qeyri-idman hərəkəti); 90+2 (qeyri-idman hərəkəti). Etto, 63 (qeyri-idman hərəkəti). Ruben Qonzales, 76 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Şəhriyar Əliyev, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Fariz Yusifov, Rza Məmmədov, Coşqun Həsənov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ səhər stadionu. 1500 tamaşaçı.
Xəzər Lənkəran - Sumqayıt 4:3
Qol: Sadio Tounkara, 18. Deyvid Sakkoni, 26. Mbilla Etame, 45+1; 51 - Orxan Əliyev, 37. Pərdis Fərcad-Azad, 80-pen. Ruslan Nəsirli, 82.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 6. Rasim Ramaldanov, 7. Sadio Tounkara, 10. Elnur Abdullayev (k), 16. Adrian Pit (21. Radomir Todorov, 76), 18. Tural Cəlilov, 20. Mbilla Etame, 22. Deyvid Sakkoni, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 33. Duqlas Leyte, 8. Edu Oriol, 9. Uğur Pamuk, 11. Zohair Benouahi, 12. Junior Nildo, 55. Ağabala Ramazanov.
Baş məşqçi: Mustafa Dənizli.
Sumqayıt: 12. Elçin Sadıqov (94. Tərlan Əhmədli, 46), 5. Kərim Diniyev, 7. Pərdis Fərcad-Azad, 8. Aqşin Muxtaroğlu (76. Bayram Nuruzadə, 84), 9. Orxan Əliyev, 11. Ruslan Nəsirli, 15. Nodar Məmmədov, 17. Adil İbrahimov, 21. Məhəmməd Mirzəbəyov, 86. Elşən Abdullayev, 92. Bəxtiyar Həsənalızadə (k).
Ehtiyat oyunçular: 25. Fərid Kərimzadə.
Baş məşqçi: Aqil Məmmədov.
Sarı vərəqələr: Sadio Tounkara, 87 (qeyri-idman hərəkəti) - Nodar Məmmədov, 23 (qeyri-idman hərəkəti). Pərdis Fərcad-Azad, 45 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Əhmədov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov.
Hakim-inspektor: Vüsal Əliyev, Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Gülağa Cabarov.
Lənkəran şəhər stadionu. 3000 tamaşaçı.
AZAL - Neftçi 21
Qollar: Con Oluremi, 19. Aleksandr Şemonayev, 88 - Rəşad Sadiqov, 59.
AZAL: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 3. Aleksandr Şemonayev, 4. Aylton, 7. Cavid Tağıyev, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İbekoyi (k) (32. Vladimir Boqdanoviç, 88), 18. Samuel Barlay (21. Rey Məmmədbəyli, 86), 20. Branislav Arsenyeviç, 31. Şəhriyar Rəhimov.
Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 6. Natiq Kərimi, 8. Qərib İbrahimov, 23. Tural Nərimanov, 28. Emin Cəfərquliyev.
Baş məşqçi: Vaqif Sadıqov.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 4. Tərlan Quliyev, 6. Rəşad Sadiqov (k), 7. Araz Abdullayev, 9. Flavinyo, 11. Melvin Platye (14. Bahodir Nasimov, 64), 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə, 90. Ernest Nfor (3. Denis Silva, 84).
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 10. Cavid İmamverdiyev, 19. Mirhüseyn Seyidov, 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev.
Baş məşqçi: Nazim Süleymanov.
Sarı vərəqələr: Şəhriyar Rəhimov, 20 (sistematik qayda pozuntusu). Cavid Tağıyev, 33 (qeyri-idman hərəkəti). Ruslan Məcidov, 47 (qeyri-idman hərəkəti). Con Oluremi, 80 (qeyri-idman hərəkəti). Samuel Barlay, 80 (qeyri-idman hərəkəti). Aylton, 86 (qeyri-idman hərəkəti). Vladimir Boqdanoviç, 90+1 (qeyri-idman hərəkəti) - Elvin Yunuszadə, 27 (hakimin qərarına etiraz); Mahir Şükürov, 74 (qeyri-idman hərəkəti); 80 (qeyri-idman hərəkəti). Araz Abdullayev, 80 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqələr: Mahir Şükürov, 80 (qeyri-idman hərəkəti). Elvin Yunuszadə, 83 (ciddi qayda pozuntusu).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
"AZAL Arena". 500 tamaşaçı.
Rəvan - Simurq 0:3
Qol: Draqan Çeran, 22. Raul Kostin, 39. Stepan Polyak, 45.
Rəvan: 1. Lukaş Sapela, 6. Ceyhun Cavadov (24. Yamin Ağakərimzadə, 66), 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov (k), 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (8. Frederik Holster, 46), 30. Cəmşid Məhərrəmov (19. Hüseyn Axundov, 46), 33. Sahib Savankulov, 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 11. Kamil Nurəhmədov, 16. Orxan Lalayev, 89. Vüsal Qarayev.
Baş məşqçi: Şahin Diniyev.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Anderson Oliveyra, 7. Ruslan Poladov (k), 8. Patrik Osiako, 10. Rəşad Eyyubov (77. Nicat Qurbanov, 76), 11. Draqan Çeran (22. Salif Ballo, 76//28. Nenad Kiso, 82), 15. Stepan Polyak, 18. Tural Axundov, 20. İdan Vaytsman, 30. Raul Kostin.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 4. Dilaver Zrnanoviç, 6. Taqim Novruzov, 16. Məhərrəm Hüseynov.
Baş məşqçi: Georgi Çixradze.
Sarı vərəqələr: Miloş Adamoviç, 53 (hakimə etiraz). Hüseyn Axundov, 80.
Qırmızı vərəqə: Mişel Balokoq. 59 (aqressiv hərəkət).
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Nahid Əliyev, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Murad Məmmədov.
"Bayıl Arena". 200 tamaşaçı.
Qarabağ - İnter 2:0
Qol: Vüqar Nadirov, 58. Riçard Almeyda, 65.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov (18. İlqar Qurbanov, 86), 20. Riçard Almeyda (7. Namiq Yusifov, 82), 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo, 99. Nikolas Gelaşvili (41. Leroy Corc, 76).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 11. Ulriş Kapolonqo, 33. Təmkin Xəlilzadə.
Baş məşqçi: Qurban Qurbanov.
İnter: 1. Georgi Lomaya, 3. Laşa Salukvadze, 4. İvan Benites (8. Mikel Alvaro, 61), 5. Slavko Georgievski (9. Aleksandr İaşvili, 54), 7. Ruslan Əmircanov, 19. Sezar Meza Kolli, 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev, 70. Vaqif Cavadov (k), 88. Derlis Meza Kolli.
Ehtiyat oyunçular: 96. Səlahət Ağayev, 6. Samir Zərgərov, 11. Asif Məmmədov, 24. Fuad Bayramov, 33. Matiya Spiçiç.
Baş məşqçi: Kaxaber Tsxadadze.
Sarı vərəqələr: Riçard Almeyda, 74 (qeyri-idman hərəkəti) - Sezar Meza Kolli, 28 (qeyri-idman hərəkəti). Brüs Abdulaye, 64 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Zeynal Zeynalov, Ramiz Məhərrəmov.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 17.00.
1 | Qəbələ | 18 | 11 | 2 | 5 | 27-16 | 35 |
2 | Neftçi | 18 | 10 | 4 | 4 | 27-19 | 34 |
3 | Qarabağ | 17 | 9 | 6 | 2 | 29-11 | 33 |
4 | İnter | 17 | 8 | 3 | 6 | 27-19 | 27 |
5 | Bakı | 18 | 8 | 3 | 7 | 29-21 | 27 |
6 | Simurq | 18 | 6 | 7 | 5 | 19-14 | 25 |
7 | AZAL | 18 | 6 | 6 | 6 | 17-23 | 24 |
8 | Xəzər L | 18 | 5 | 7 | 6 | 16-24 | 22 |
9 | Rəvan | 18 | 1 | 6 | 11 | 9-32 | 9 |
10 | Sumqayıt | 18 | 1 | 4 | 13 | 11-32 | 7 |
Bombardirlər: Vaqif Cavadov (İnter) - 9. Reynaldo Silva (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Leonardo da Silva (Qəbələ) - 6.
Fanat.az