"AFFA və Berti Foqts hələ yayda müqavilə müddətini artırmamaqla bağlı razılığa gəlmişdi. Ancaq komanda təsnifat mərhələsində üç oyunu uğurla keçirdikdən sonra, hər iki tərəf məsələyə yenidən baxmaq qərarına gəldi". Fanat.az xəbər verir ki, bu sözləri millimizin qapıçılarla işləyən məşqçisi Uli Ştayn deyib.
"Sky Sports"a danışan alman məşqçi hamını təəccübləndirəcək komanda formalaşdırmağa çalışdıqlarını bildirib: "Azərbaycanda futbol yüksəlişdədi. Son bir neçə ildə biz komandanı xeyli cavanlaşdırmışıq. Ötən seçmə mərhələdə cəmi üç oyunda məğlub olmuşuq. Biz hamını təəccübləndirə biləcək komanda toplayırıq".
Fanat.az