AFFA İntizam Komitəsinin 2013-cü ildə son iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın XVIII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Simurq"la oyunun 59-cu dəqiqəsində kobud oyuna görə birbaşa qırmızı vərəqə alan “Rəvan”ın futbolçusu Mişel Balokoq 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə olunub.
"Qəbələ" ilə matçın 90+2-ci dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşan “Bakı”nın futbolçusu Şəhriyar Əliyevin cəzası 1 oyun olub. Kdlub buna görə 200 manat cərimə ödəyəcək. "Qəbələ" isə 5 futbolçusu sarı vərəqə aldığından 1000 manat ziyana düşüb.
Fanat.az