"Şaxtyor" (Donetsk) klubu "Gremio"nun oyunçusu Fernandonu transfer edib.
İdman24.az xəbər verir ki, Mirça Luçeskunun klubu oyunçu üçün 11 milyon avro ödəyib. 21 yaşlı futbolçu 5 mövsümlük müqavilə bağlayıb.
Bununla da "Şaxtyor" heyətindəki braziliyalı sayını 9-a çatdırıb.
İdman24.az