13:21 25.12.2013 721

"Araz"ın futbolçusu Röyadan və plovdan danışdı - MÜSAHİBƏ

"Araz"ın vitse-kapitanı Cavid Həsənov klubun rəsmi "Facebook" səhifəsinə müsahibə verib. Müsahibəni təqdim edirik.

- İlk sualımız yeməklə bağlıdı. Stolun üstündə çoxlu yemək olduğu halda ən çox hansı yeməyin olmasını istərdin?
- Plov. Bu yemək Azərbaycan mətbəxinin şah əsəridi. Ona görə də plovu sevirəm. Bu yemək bizim ailədə hamının sevdiyi bir yeməkdi. 

- Əslən Naxçıvandansan. Naxçıvanlıların məhşur yeməyi olan qovurmanı nə əcəb "offsayd"da saxladın?
- Qovurma cox vaxt “offsayd”da olur. Ona görə ki, qovurma əsasən qış yeməyidi. 

- Əvvəlcə çayxana deyirdilər. İndi olub “çay evi”. Gedirsən “çay evi”nə? 
- Boş vaxtımız az olur. Amma hərdən dostlarla gedirəm. 

- Niyə gənclərimizin çoxu çay evlərində qəlyanla şəkil çəkdirib sosial şəbəkələrdə paylaşırlar?
- İnanın ki, onun necə və niyə çəkildiyini bilmirəm. Təəssüf ki, dediyiniz faktdı. Sosial şəbəkələrdə cavanların qəlyanla olan şəkillərinə tez-tez rast gəlinir. 

- Cavid, kitabla aran necədi? Sonuncu dəfə nə vaxt kitab oxumusan? 
- Açığı kitab oxumağı sevmirəm. Həm də elə bir dövrdə yaşayırıq ki, istədiyini internetdə axtarıb tapıb oxuya bilərsən. Əsasən idman saytlarını izləyirəm. İmkan olduqca isə idman qəzetlərini oxumağa çalışıram. 

- Hansı müğənniyə qulaq asanda bütün yorğunluğunu atırsan?
- Röya və Soner Kabadayının mahnılarından xüsusi zövq alıram.

- Röya subay olsaydı, ona eşq elan edərdin?
- Xeyr. Mən onun səsinin vurğunuyam. Amma konsertində olmaq istərdim. 

- Cavan oğlansan. Həm də subaysan. Sevgi, məhəbbətlə aran necədi?
- Yaxşıdı (gülür). Amma qeyd etdikləriniz hələlik məndə ikinci plandadı. 

- Tamaşa, teatra nə dərəcədə maraqlısan?
- İmkan olanda televiziyadan izləyirəm. 

- Hansı aktyorumuzu daha çox bəyənirsən?
- Arif Quliyev, Rafael və Coşqun cütlüyü. 

- “Fatı qalx, Fatı otur" - bu misal sizə nəyisə xatırladı?
- Deyəsən “Göz həkimi” tamaşasındandı. 

- Yox, səhv salırsan, bu “Qatarda” tamaşasında səslənmiş bir fikirdi. Həmin tamaşada nədən danışılır, deyə bilərsən? 
- Hə, yadıma düşdü. Orada biri özünü prokror kimi aparır, amma təəssüf ki, bu belə olmur. 

- Futbolçu olmasaydın aktyor olardın?
- Yox, o bacarığım yoxdu.

- Bəs hansı sahədə özünü sınayardın? 
- Yəqin ki, gömrükçü olardım. O sahədə çalışanlar böyük simpatiyam var. 

- Meyxana ilə aran necədi?
- Yaxşıdı. Qulaq asıram. 

- İntiqam Rüstəmov - belə birini tanıyırsan?
- O məni tanıyır? (gülür) 

- "Tı kto takoy davay dosvidaniya" meyxanasını kimlər oxuyub? 
- Hə bildim. İntiqam o meyxananı deyən qardaşların böyüyüdü. Mən əsas Rəşad Dağlı və Pərviz Bülbülənin deyişmələrini xoşlayıram. 

- 9 noyabrda niyə iş günü deyil?
- Bayraq günüdü. Bunu bilməmək günah olar. 

- Yenidən məktəbli olsaydın, hansı fənni daha çox oxuyardın?
- Riyaziyyat

- Niyə məhz riyaziyyat?
- Dərin elmdi, girdin cıxa bilmirsən.

- Bəs demirsən ki, ilişib qalarsan orda?
- Müəllim ip uzadıb çıxardar (gülür).

- Geyimlər alarkən brend markalara üstünlük verirsən, yoxsa fərqi yoxdu? 
- Yaraşırsa fərqi yoxdu. 

- Hansı sual daha çox xoşuna gəldi? 
- “Fatı qalx, fatı otur” misalı barədə verdiyiniz sual.

- Axı düzgün bilmədin ki, bu misal hansı tamaşada səsləndirilir?
- Əsas odu ki, onu öyrəndim və daha yaddan çıxarmayacam.

- Bəs hansı sualı verməmişik ki, istəyərdiniz ki, elə bir sual verək?
- “Araz-Naxçıvan” azarkesleri haqqında istəyərdim ki, sual verəsiniz. Çünki onların dəstəyinə əsasən mən 15 turun və 2 kubok oyununun ən yaxşısı seçilmişəm.

- Əvvəlcədən dedik axı, çox şeydən danışacağıq, amma futboldan yox. Amma sözünü yerə salmayaraq bu sualı verirəm. "Araz-Naxçıvan" azarkeşləri haqqında niyə danışmaq istəyirdin?
- Bu gün bir naxçıvanlı kimi “Araz-Naxçıvan”ın heyətində olmağımdan qürur duydum. Azarkeşlərin sayəsində bu gün sorğuda mən qalib olmuşam və sizin suallarınızı cavablandırıram. Azarkeşlərimizə çox sağ ol deyirəm. Sizə də minnətdaram ki, belə bir sorğu keçirmisiniz və bu gün mənim yuxu vaxtıma girib məni suallar atəşinə tutmusunuz (gülür).

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2025
14:02

"Əl-İttihad" braziliyalı ulduzu sıralarına cəlb edir - MƏBLƏĞ

13:44

Del Pyero məşqçiliyə başlayır - "Bugündən məni "cənab" adlandıra bilərsiz"

13:25

Amit Quluzadə 5 oyunluq diskvalifikasiya olundu

13:09

AFFA Premyer Liqanın iki klubunu cərimələdi

12:53

"Mançester Siti" onu tərk edən ulduza heykəl ucaldacaq

12:34

"Sumqayıt"ın legioneri milliyə çağırıldı

12:16

Region Liqası: Final oyununun hakimi bilindi

11:58

Minifutbol: Türkiyə millisi heç-heçə ilə başladı

11:40

"Real"ın ulduzu növbəti mövsümün startını buraxacaq

11:21

İlhan Mansız “Beşiktaş”ı bu futbolçudan qurtulmağa çağırdı - "O, hələ də oynayır?"

11:02

Ançelottinin köhnə və yeni komandaları qarşılaşacaq - Vida matçı

10:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:24

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəldi

10:05

Minifutbol: Bakıda mundial başlayır

09:44

AFFA "Neftçi" İK-in şikayətini təmin etmədi

09:23

AL: Finalda İngiltərə dueli - YENİLƏNİR

09:00

Rud van Nistelroyu əvəzləyəcək məşqçinin kimliyi bəlli oldu

01:17

İPL: "Mançester Siti"dən inamlı qələbə

20 May 2025
23:53

"Milan"a yazığım gəlir" - Nelson Dida

23:30

Yüksək Liqa: Mərkəzi oyun FİFA referilərinə tapşırıldı

23:01

İspaniya nəhəngi Leauya elçi düşdü

22:49

"Prezident mənə yazaraq bildirdi ki..." - Flik açıqladı

22:14

"Barselona" Fortla bağlı qərarını verdi

21:50

"Milan"ın yeni idman direktoru bilindi

21:20

"Məncə, Rusiya Braziliyanı məğlub edər" - Daniel Karvalyo

20:48

Yüksək Liqanın debütantı braziliyalı legionerlə gücləndi

20:16

Simone İnzaqi illik 20 milyon avro maaşdan imtina etdi

19:51

"Mümkünsüz heç nə yoxdur" - Holand "Barselona"da?

19:10

II Liqa: "Füzuli" Region Liqasına düşdü, "Lerik" pley-off oynayacaq

18:50

"Bəzi çəkilərdə rəqiblərlə müqayisədə zəifik" - Həsrət Məmmədyarov

18:14

İsrail millisinin futbolçusu 31 yaşında vəfat etdi

17:50

Azərbaycan cüdoçuları AÇ-yə Yılmazın rəhbərliyi altında hazırlaşırlar

17:33

"Ayntraxt" klubunu dəyişmək istəyən hücumçusuna elə qiymət qoydu ki...

17:15

Finalda yeganə qolu vuran futbolçu İngiltərə nəhənginə keçir - MƏBLƏĞ

16:58

Macarıstan millisinin Azərbaycan yığması ilə oyun üçün heyəti açıqlandı

16:40

"Olimpiakos" Fransa millisində 4 matça çıxan futbolçunu heyətinə qatdı - RƏSMİ

16:22

Dünya və Avropa çempionu karyerasını bitirdi - RƏSMİ

16:03

"Milan"ı titulsuz qoyan klub yeni transferini açıqladı

15:45

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

Facebookdan bizi izləməyi unutmayın.
X