20:01 26.12.2013 681

Klubların “qış bazarlığı”na ön söz -saf-çürük

Qış fasiləsində bütün premyer-liqa iştirakçılarının heyətdəki çatışmazlıqları aradan qaldırmağa çalışacağı, lazımsızlarla yolları ayırıb yeni transferlər edəcəyi dəqiqdi. Elita təmsilçilərini bir-bir nəzərdən keçirməyin vaxtıdı.

 

Qarabağ

 

Qış çempionu yayda rənglərinə bağladığı gəlmələrin hesabına mövsümə əla başladı. Düzdü, “köhlən atlar”ın zəif rəqiblərlə oyunlarda xal itkilərinə yol verməsi faktı da var. Hesabat turunda “İnter”i 2 cavabsız qolla yenən ağdamlıların tam heyətlə oynadığı görüşlərdə xoş təsir bağışlaması zəngin heyətin işə yaradığını söyləməyə əsas verir. Qarşısına çempionluq məqsədi qoyan bölgə təmsilçisinin “yanan” mövqeyi olmasa da, nominal forvard, universal müdafiəçi və yaradıcı yarımmüdafiəçiylə güclənməsi qızıl medallara doğru aparan yolu hamarlaşdırar. Komandanın baş məşqçisi Qurban Qurbanov da “İnter”ə qalib gəldikləri görüşün ardından düzənlənən mətbuat konfransında hər mövqeyə bir futbolçu gətirmək istəyini açıqlayıb.

 

Qəbələ

 

Ehtiyat oyunçular skamyası geniş olan “Qəbələ”də “təmizləmə əməliyyatı” aparılsa, yaxşıdı. Heyətə düşməyən legionerləri yola salıb əvəzinə samballı mərkəz müdafiəçisi axtarmaq lazımdı. Yerlilərin sayını artırmağı hədəfləyən, artıq Ruslan Tağızadəni AZAL-dan "qoparan" Yuri Syomin “İnter”i “qırmızı-qaralar”a dəyişən İbrahima Niasseni cari mövsüm stopper ampluasında oynadır. Səviyyəli mərkəz müdafiəçisi tapılsa, qaradərilini dayaq yarımmüdafiəçisi mövqeyinə qaytarmaq olar.

 

Neftçi

 

Bakılıların sıralarında nominal forvard funksiyasını yerinə yetirə bilən 3 legioner var. Lakin komandaya uyğunlaşa bilməyən holland hücumçu Melvin Platyenin işə yaramayacağı bəllidi. Çempion Bahodir Nasimovla rəqabət aparmaq üçün ön xətt oyunçusu soraqlasa, boşa verilən qol epizodlarının sayı azalar. Standart vəziyyətlər zamanı hava toplarının 80 faizini rəqibə qapdıran komandada Nikolas Kanales gedəndən bəri “ikinci mərtəbə”də sözünü deyən hücumameyilli oyunçu yoxdu. Künc zərbələrini qola çevirmək sarıdan ciddi sıxıntı yaşayan flaqman Mahir Şükürovun çıxış etdiyi mövqeyə - müdafiənin sağ cinahına da samballı oyunçu alınmalıdı. Şükürov zədəli və ya cəzalı duruma düşəndə layiqli əvəzləyici tapılmır.

 

İnter


Seleksiya məsələlərində tez-tez problemlərlə üzləşən, gətirdiyi oyunçuların çoxunu fayda götürmədən geri qaytaran Kaxaber Tsxadadzenin hücumçuya ehtiyacı daha çoxdu. Oğlu Baçana 15-ci turda sıradan çıxandan sonra bu çatışmazlıq özünü qabarıq şəkildə göstərdi. Sürətli vinger haqda düşünmək də vacibdi. İfaçıların ustalıq səviyyəsindən gileylənməyə adət edən gürcü 3 lazımsız legionerin keçidi üçün xərclənən pula 1 səviyyəli oyunçu gətirsə, irəli düşər. 18 tura 21 qol buraxan komandanın mərkəz müdafiəçilərinin ləngliyini də önə çəkməliyik.

 

Bakı

 

İlk baxışdan heyət qaydasındadı. Sadəcə, Milinko Pantiç sabit oyun fəlsəfəsini yetirmələrinə aşılaya bilmir. Ya serb çalışdırıcı bu yöndə bacarıqsızdı, ya da hansısa fərdlər ümumi harmoniyanı korlayır. Məsələn, təcrübəli Ruben Qonsales mərkəz müdafiəçisi mövqeyində ümidləri doğrultmur. Nadir hallarda oyunlara çıxan gəlmələr havayı maaş alırsa, ödənişli əcnəbiləri komandada saxlamağın nə adı var?

 

Simurq


Draqan Çeran və Salif Ballo kimi hücumçulara malik “sarı qaralar” adətən qol vəziyyətlərinin boşa verilməsinin acısını yaşayır. Orta səviyyəli heyətlə əksər matçlarda əks-hücum taktikasıyla mübarizə aparan kollektivə “vuran ayaq” alınmalıdı. Müdafiənin solu zəif təsir bağışlayır. Tural Axundovun ümidinə qalan sol “qanad”da rəqabətsizlikdi. Elə yarımmüdafiənin cinahlarına da “əl gəzdirilməlidi”. Ən azı bir insayd transferi planlaşdırılmalıdı.

 

AZAL

 

Vaiqf Sadıqova “birinci növ məhsul” almaq ixtiyarı verilməyib. Məşqçi işi hesabına “bərk qoz” imici qazanan “təyyarəçilər”in oyunlarına baxanlar yaradıcı futbolçu kasadlığını sezməyə bilməz. Komandaya uyğunlaşmayan Yuri Fomenkonu göndərib yeni hücumçu gətirə, eləcə də zəif gəlmələri qismən güclülərlə əvəzləyə bilərlər. Əsas odu ki, məhdud büdcəni qənaətlə xərcləyib mümkün olanın ən yaxşısını etməyi bacaralar. Elə Vaqif bəy də belə düşünür. Başqa variant olmayandan sonra böyük arzularla yaşamaq əbəsdi. Ortabablar sırasında mövsümü başa vursalar, heç kim təəccüblənməyəcək. Bu heyətlə avrokuboklara vəsiqədən dəm vurmaq olmaz.

 

Xəzər Lənkəran

 

Mustafa Dənizlinin işi çoxdu. Demək olar, bütün mövqelərdə yenidənqurmaya ehtiyac duyulur. Öncə komandanın qapışı problemi həllini tapmalı, müdafiəyə azı 2 bacarıqlı oyunçu cəlb edilməlidi. Dayaq yarımmüdafiəçisi, vinger və oyun qurucusu da axtarmalıdılar. Əslində, hücum planında da boşluqlar nəzərə çarpır. Fasiləyədək 16 qol vurmağa imkan tapan cənublular böyük ümidlərlə gətirilən Nildonun böyük hədəflər uğrunda oynayan kollektivin yükünü çiyinlərinə götürəcək “çəki”də forvard olmadığını anlayır. Düzdü, gəmiçilər üçün hələ hər şey bitməyib. Komanda Avroliqaya vəsiqə verən yerlərdən birini tutmaq uğrunda çarpışmaq niyyətindədi. Lakin Dənizli indidən gələn mövsümə hazırlaşmalı, Con Toşakın biabırçı vəziyyətə saldığı kollektivi toparlamalıdı.

 

Rəvan

 

Şahin Diniyevin rəhbərliyi altında oyun planında “artıran” “Rəvan” “ağır daşları xurcundan atmalı”, büdcəsinə uyğun 4-5 futbolçu transfer etməlidi. Komandada səviyyəli oyunçular barmaqla sayılacaq qədərdi. “Transfer bombası” partlatmayacağı öncədən bilinin “aslanlar”ın hazırki çalışdırıcısı təcrübəlidi və məhdud büdcə ilə döyüşkən kollektiv formalaşdıra bilər. “Rəvan”ı mövqelər üzrə dəyərləndirməkdənsə, ümumi vəziyyəti yada salmaq daha məqsədəuyğundu. Çünki bu komandadakı boşluqları incələmək uzun bir yazı mövzusudu.

 

Sumqayıt

 

Başqalarına lazım olmayan təcrübəlilər və iddialılardan icarəyə götürülmüş gənc yerlilərlə autsayder mövqeyində qərarlaşan “Sumqayıt”ın strategiyanı köklü şəkildə dəyişməyəcəyi bəllidi. Sabir Allahquliyevlə Vüqar əsgərovu yola salan məşqçilər korpusuna qol fürsətlərini dəyərləndirməyi bacaran hücumçu gərəkdi. Güclənməsələr, “zirzəmi”ni tərk edə bilməyəcəklər. Diniyevin “Rəvan”ının fasilədən sonra “diriləcəyi” şübhə doğurmursa, yalnız AFFA-nın mərhəmətinə bel bağlamaq olmaz. Hər mövqeyə azı bir səviyyəli oyunçu alsalar, sonunculu yerdən qurtulmaları mümkündü.

 

NİHAT, “Futbol+”

 

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X