10:58 14.06.2013 997

"İkinci “altılıq” bir az kölgədə qalır, maraqsız olur"

Topaz Premyer Liqasında may ayında vurulan ən gözəl qolun müəllifi olan “Rəvan” klubunun futbolçusu Ramazan Abbasovun apasport.az saytına müsahibəsi

- Karyeranızda çempionatın medalları olsa da, 30 yaşında ilk dəfə fərdi mükafat qazandınız. Bunu gec saymırsınız? 

- Qismət belə imiş. Həqiqətən də indiyədək fərdi mükafatım olmayıb. Hərçənd, ölkə çempionluğunu və kubokunu qazanmışdım. Əlbəttə, şəxsi nominasiyada mükafatın olmağı da sevindirici haldır.

- AZAL-a 3:5 hesabı ilə uduzduğunuz oyunda vurduğunuz qolun ən gözəl olacağını gözləyirdinizmi? Ümumiyyətlə, həmin qolu necə xatırlayırsınız? 

- Həmin qolu qızımın ad günündə vurdum, elə sevinirdim ki... Qızımın 3 yaşı tamam olurdu. Fikirləşirdim ki, ayın ən gözəl qolunu vurum. Ancaq bunun həmin matçda olacağını düşünmürdüm. Qarşıda 2 tur qalmışdı və ikisindən birində fərqlənmək istəyirdim. 

- Bunadək vurduğunuz hansı qol daha çox yadda qalıb? 

- MOİK-də oynayanda “Turan”ın qapısına təxminən 35 metrdən qol vurmuşdum. Yadımdadır, qapıda Elşən Poladov dururdu. Düzdür, 1:5 hesabı ilə uduzduq, ancaq bu qol mənim üçün yaddaqalan oldu. Həmin vaxt ordu klubunda əsgərlikdə idim. Deyərdim ki, həmin qol ən yaxşı alınmışdı. İndi də elə oldu ki, yenə uduzsaq da, fərqlənməyi bacardım.

- İndiki qolu xarici futbolda hansısa məşhur futbolçunun qoluna bənzədirsiniz? 

- Həmin mövqedən daha çox Alessandro Del Pyero qol vururdu. Devid Bekhemdə də belə zərbələr alınır. 

- Yəqin ki, həmin qola görə sizə çatan pul mükafatından qızınıza hədiyyə alacaqsınız... 

- Əlbəttə. Qızımı aparacağam, ürəyi istəyən şeyləri alacağam. Çünki bu mükafatı sırf ona həsr etmişəm. 

- Qış fasiləsində “Bakı”dan “Rəvan”a keçdikdən sonra karyeranızı necə dəyərləndirərdiniz? 

- Normal. Yaxşı oyunlar keçirdik, qələbələr qazandıq. Sadəcə, ikinci “altılıq” bir az kölgədə qalır, maraqsız olur. İnşallah, qarşıdakı mövsümdən komandamızın uğurlu çıxışına inanıram. “Rəvan”da qalacağam, müqaviləm var. 

- İkinci “altılığ”ın kölgədə qaldığını nəzərə alsaq, ayın futbolçusu seçilməyinizi nə dərəcədə real sayırsınız? 

- Bu, real deyildi. Ancaq orda da yaxşı futbolçular var. Bu mövsüm 10 komanda olacağından, çempionat daha maraqlı keçəcək. Biz də istərdik ki, “Turan”, “Kəpəz” yüksək liqada qalsın. Ancaq nə etmək olar? Qərarla razılaşmaq lazımdır.

- Vaxtilə istedadlı futbolçulardan sayılan, iddialı klublarımızda oynayan, milliyə cəlb olunan Ramazan Abbasov 30 yaşından sonra karyerasında nəyə ümid edir? 

- 30 yaş çox deyil... 

- Elə futbolçular var ki, artıq bu yaşda karyeralarını bitirirlər... 

- Bu, insanın özündən, orqanizmindən asılıdır. Elə futbolçular da var ki, 30 yaşından sonra daha rahat oynayırlar. İnşallah, bu çempionatda daha yaxşı oyun göstərməyə çalışacağıq. Dəvət olsa, yenidən millidə oynamaq istərdim.

- Ancaq millinin baş məşqçisi Berti Foqts 5 ildə 1 dəfə də olsun sizə dəvət göndərməyibsə, indi çağırmağı nə dərəcədə realdır? 

- Bunu deyə bilmərəm. Hardasa 1 il zədəli olduğumdan formadan düşdüm. Geriləməyimin əsas səbəbi budur. Allahın köməyi ilə yavaş-yavaş yaxşılığa doğru gedirik. Öz üzərimdə çalışıb, milliyə dəvət almağa çalışacağam.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

25 May 2025
09:42

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: Bu gün mövsümün son iki oyunu keçiriləcək -YENİLƏNİR

01:27

İspaniya La Liqası: "Real Madrid" Ançelottini zəfərlə yola saldı

01:04

İtaliya A Seriyası: "Milan" mövsümü qələbə ilə başa vurdu

00:33

Türkiyə Super Liqası: "Qalatasaray" səfərdə inamlı qələbə qazandı

00:08

Minifutbol: İkinci tura yekun vuruldu

24 May 2025
23:50

"Şamaxı"dan 5-i getdi, 4-ü qaldı, 1-i gəldi

23:31

"Bu qələbə kubok oyununda bizə özgüvən verəcək" - Vasili Berezutski

23:10

Murad Musayev Rusiya çempionu oldu

22:43

"Seleksiyaya çoxdan başlamışıq" - Samir Abasov

22:05

Qurban Qurbanov “Barselona”nın düşərgəsində - FOTOLAR

21:23

MPL: "Qarabağ" "Şamaxı"nı, "Sabah" isə "Neftçi"ni 1 qolla yendi

21:07

Avarçəkənlərimiz “Bratislava Reqatası”na qızıl medalla başladı

20:41

"Çempionatda sponsorsuz yeganə komanda bizik" - Ayxan Abbasov

20:22

Qurban Qurbanov "Şamaxı" ilə oyundan sonra nə danışdı?

20:03

İPL-də mövsümün ən yaxşı oyunçusu bilindi

19:38

"Ola bilər gedən olsun" - Qurban Qurbanov Benzia ilə bağlı durumu anlatdı

19:17

Ayxan Abbasov U-21-ə 30 futbolçu çağırdı

18:10

"Sumqayıt"da 17 yaşlı debütant

17:50

Minifutbol: Bakıda ardıcıl iki oyunda qalib müəyyənləşmədi

17:15

Kamal Bayramov karyerasını rəsmən başa vurdu

17:00

Azərbaycan millisi İspaniya toplanışını başa vurdu

16:30

Azərbaycan kubokunun qalibi müəyyənləşdi

15:59

"Barselona"nın ulduzu Fransanı seçdi - SON DURUM

15:23

"Araz-Naxçıvan" "Zirə" ilə oyuna 4 itki ilə çıxacaq - ADLAR

14:52

Minifutbol: Qana İsraillə bacarmadı

14:30

Konte çempionluq təəssüratlarını bölüşdü - "Mən də qalibəm, o da"

13:51

Premyer Liqa klubunda yeni müqavilə - RƏSMİ

13:19

A Seriyasında mövsümün ən yaxşı məşqçisi elan olundu - FOTO

12:55

Conatan Tanın növbəti mövsümə harada başlayacağı bilindi - Rəsmi açıqlanma an məsələsidir

12:24

Dünya kuboku: Azərbaycan Kanadaya qarşı

11:46

Yüksək Liqa: Son turun oyun cədvəli açıqlandı

11:27

Neymar "Santos"un kubokdan qovulmasına əngəl ola bilmədi

10:56

Konte İtaliya futbolunun tarixinə düşdü

09:59

Minifutbol: İkinci tura yekun vurulur

09:00

Ronaldo azarkeşlərin təzyiqinə dözmədi

23 May 2025
23:42

Elvin Məmmədov son oyundakı yenilgi barədə nə dedi?

23:07

Vurğun Hüseynov darmadağını şərh etdi

22:44

"Real Madrid"in Modriçi kiminlə əvəzləyəcəyi bilindi

22:11

Della Maddalena İslamı yenmək üçün kimdən kömək istəyəcək? - Özü dedi

Facebookdan bizi izləməyi unutmayın.
X