19:00 28.12.2013 806

AGİN-nin 2013-cü il üçün HESABATI

Azərbaycan Gənclər və İdman Nazirliyi 2013-cü ilin hesabatını yayıilayıb. Hesabatı olduğu kimi təqdim edirik:

2013-cü ildə respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 298 respublika yarışları (2012-ci ildə 150 yarış) təşkil edilmiş, 57 beynəlxalq yarış (2012-ci ildə 35 yarış) keçirilmişdir. Xarici ölkələrdə keçirilmiş 281 beynəlxalq yarışlarda isə (2012-ci ildə 250 yarış) ölkə yığma komandalarının iştirakı təmin olunmuşdur.
2013-cü il ərzində olimpiya və qeyri-olimpiya idman növləri üzrə rəsmi beynəlxalq yarışlarda - Dünya və Avropa çempionat və birinciliklərində, kubok yarışlarında  280 qızıl, 233 gümüş və 269 bürünc, ümumilikdə isə 782 medal (2012-ci ildə 735 medal- 255 qızıl, 244 gümüş, 236 bürünc ) əldə edilmişdir. Bunlardan 296 medal  (101 qızıl, 74 gümüş, 121 bürünc) olimpiya, 486 medal isə (179 qızıl, 159 gümüş, 148 bürünc) qeyri-olimpiya idman növlərindən olmuşdur.

2003-2013 -ci illərdə isə ümumilikdə 5398 (1918 qızıl, 1533, 1947 bürünc) medal qazanılmışdır.
İdman növləri üzrə yığma komandalar hər biri 12 gündən az olmayaraq 154 təlim-məşq toplanışlarında (2012-ci ildə 83 toplanış) iştirak etmişdir. Bu təlim-məşq toplanışlarından 103-ü Azərbaycanda, 51-si isə xarıcı ölkələrdə keçirilmişdir. Təlim-məşq toplanışlarında ümumilikdə 6000 nəfərədək idmançı iştirak etmişdir.
 
Heydər Əliyevin 90 illik yubileyi

Bu münasibətlə müxtəlif idman növləri üzrə bir sıra beynəlxalq turnirlər, o cümlədən 24 ölkə nümayəndələrinin iştirakı ilə “Tour de Azerbaijan” veloyürüşü, cüdo üzrə Böyük Dəbilqə seriyasının mərhələ yarışı, Naxçıvan şəhərində “Naxçıvan Open-2013” beynəlxalq şahmat festivalı və güləş üzrə beynəlxalq turnir, Mingəçevir şəhərində su polosu, üzgüçülük və basketbol üzrə beynəlxalq turnirlər və avarçəkmə üzrə “Prezident Reqatası”, Qusar şəhərində universal döyüş üzrə “Heydər Əliyev Kuboku”, Masallı şəhərində hapki do üzrə “Heydər Əliyev Kuboku”, boks üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilmişdir. Cənubi Afrika Respublikası və Avstriyada Azərbaycan səfirliklərinin vasitəçiliyi ilə kikboksinq üzrə Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq turnirlər və s. keçirilmişdir.
 
Tələbələrin XXVII Ümumdünya Yay Universiadası

2013-cü ilin 06-17 iyul tarixlərdə Beynəlxalq Universitet İdmanı Federasiyası tərəfindən Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçirilmiş Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında ölkəmiz tarixi uğura imza atmışdır.

Universiadada ölkəmiz 78 idmançı ilə təmsil olunmuşdur. Yarışlar 27 idman növündə keçirilmiş və respublikamızın tələbə-idmançıları 12 idman növündə, o cümlədən, şahmat, atletika, ağır atletika, cüdo, boks, sambo, kəmər güləşi, idman gimnastikası, qılıncoynatma, sərbəst güləş (kişilər), sərbəst güləş (qadınlar) və yunan-roma güləşi üzrə iştirak etmişlər. Komandamız 8 idman növündə 16 medal (4 qızıl, 5 gümüş, 7 bürünc) qazanmaqla ümumkomanda hesabında 162 ölkə arasında 15-ci yerə layiq görülmüşdür.

2011-ci ildə Çin Xalq Respublikasının Şenjen şəhərində keçirilmiş XXVI Ümumdünya Yay Universiadasında isə respublikamız 6 idman növündə 22 idmançı ilə təmsil olunmuş yarışlarda 2 gümüş medal qazanaraq 167 ölkə arasında 46-cü yerə layiq görülmüşdür.

Təkcə onu qeyd etmək kifayətdir ki, Tələbələrin XXVII Ümumdünya Yay Universiadasında əhalisinin sayına görə bizdən dəfələrlə böyük olan islam dövlətləri arasında Azərbaycan 1-ci,  MDB ölkələri arasında 4-cü, Avropa ölkələri arasında isə 9-cu yeri tutmuşdur.

Türkiyə 2 qızıl medalla 29-cu yerdə, İran 1 qızıl medalla 33-cü yerdə, Ermənistan 1 qızıl medalla 32-ci yerdə, Gürcüstan 1 gümüş və 2 bürünc medalla 48-ci yerdə qərarlaşmışlar. Ümumiyyətlə isə, Universiada yarışlarında cəmi 62 ölkə medal qazana bilmişdir.

III İslam Həmrəyliyi Oyunları

III İslam Həmrəyliyi Oyunları 22 sentyabr-01 oktyabr 2013-cü il tarixlərində İndoneziyanın Palembanq şəhərində 13 idman növü üzrə keçirilmişdir. Oyunlarda 3 qitənin 46 ölkəsi 1586 idmançı ilə təmsil olunmuşdur.  Azərbaycan komandası  9 idman növü üzrə 53 idmançı ilə təmsil olunmuş və 7 idman növündə (karate, üzgüçülük, atletika, kamandan oxatma, ağırlıqqaldırma, taekvondo və uşu) 24 medalla (6 qızıl, 9 gümüş, 9 bürünc) komanda hesabında 7-ci yer tutmuşdur.

Komanda yarışlarında karate növündə qızıl, kamandan oxatmada isə gümüş medal qazanılmışdır. Eyni zamanda, ilk dəfə olaraq üzgüçülük idman növündə əldə olunmuş qızıl medal (200 m), kamandan oxatma üzrə komanda hesabında gümüş medal müstəqillik dövrünün bu idman növləri üzrə ilk nailiyyətidir.

2005-ci ildə Səudiyyə Ərəbistanı Krallığının 4 şəhərində (Məkkə, Mədinə, Taif, Ciddə) keçirilmiş I İslam Həmrəyliyi Oyunlarında 14  idman növü üzrə 55 ölkə iştirak etmişdir. Azərbaycan  komandası bu tədbirdə 12 idman növündə 103 idmançı ilə təmsil olunmuş və 5 idman növündə (karate, ağırlıqqaldırma, basketbol, qılıncoynatma, taekvondo) nəticə əldə edərək 15 medalla (4 qızıl, 4 gümüş, 7 bürünc) 8-ci yeri tutmuşdur.

2009-cu ildə İran İslam Respublikasında keçirilməli olan II İslam Həmrəyliyi Oyunları təxirə salınmışdır.

Ölkəmizdə keçiriləcək nüfuzlu beynəlxalq tədbirlər

2014-cü ildə 26 aprel-01 may tarixlərində Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi keçiriləcək. 2013-cü ilin aprel ayında Rusiya Federasiyasının Soçi şəhərində təşkil edilmiş 76-cı konqresdə AİPS-in bayrağı Azərbaycan tərəfinə  təqdim edilmişdir. Bakıda keçiriləcək konqresə yüksək səviyyədə hazırlıq işləri ilə əlaqədar AİPS prezidenti Canni Merlo cari ildə 2 dəfə ölkəmizə səfər etmiş, gənclər və idman naziri Azad Rəhimov  və Təşkilat Komitəsi üzvləri ilə görüşlər keçirmişdir.
 
2014-cü ildə Bədii gimnastika üzrə Avropa çempionatı (15-17 iyun 2014-cü il), Yeniyetmələrin II Olimpiya Oyunlarına (Çin Xalq Respublikası, 16-28 avqust 2014-cü il) Avropa üzrə seçim turniri, 2015-ci ildə ilk dəfə I Avropa Oyunları və şahmat üzrə Dünya kuboku, 2016-cü ildə Ümumdünya şahmat Olimpiadası, 2017-cü ildə IV İslam Həmrəyliyi Oyunalrı və s. möhtəşəm tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

Digər əsas nailiyyətlər

26-31 avqust tarixlərində Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş cüdo üzrə dünya çempionatında Elxan Məmmədov (100 kq) dünya çempionu adını qazanmışdır.

30 avqust-3 sentyabr tarixlərdə Almaniyanın Duysburq şəhərində keçirilmiş avarçəkmə üzrə dünya çempionatında 200 metr məsafəyə yürüşdə Azərbaycan kanoeçisi Valentin Demyanenko 38,462 saniyə nəticə göstərərək 4-cü dəfə dünya çempionu adını qazanmışdır.

11-27 oktyabr tarixlərində  boks üzrə Qazaxıstanın Almatı şəhərində keçirilmiş kişilər arasında dünya çempionatında Məhəmmədrəsul Məcidov (+91kq) və Cavid Çələbiyev (56 kq) isə dünya çempionu adını qazanmışlar.

08-17 noyabr tarixlərdə şahmat üzrə Polşanın paytaxtı Varşava şəhərində keçirilmiş Avropa çempionatında Azərbaycanın kişilərdən ibarət yığma komandası 2-ci dəfə Avropa çempionu adını qazanmışdır.

6-7 iyul tarixlərində Bakıdakı Dənizkənarı Milli Parkda motorlu qayıqsürmə üzrə (Formula-2) Grand Prix - 2013 yarışları keçirilmişdir. Yarışda Azərbaycanla yanaşı, İsveç, Avstriya, Böyük Britaniya, Norveç, Latviya, Almaniya, Cənubi Afrika Respublikası, İtaliya, Rusiya və Macarıstan idmançıları mübarizə aparmışlar. Yarışın qalibi İsveçin“Getel Racing” komandasının pilotu Erik Stark olmuşdur. “Azərbaycan” komandasının üzvü Yonas Andersson 2-ci, Latviyanın“Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə 3-cü nəticə göstərmişdir.

Təmir-tikinti

Müstəqillik dövründə  respublikamızın şəhər və rayonlarında 22-i Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilməklə, ümumilikdə 40 Olimpiya İdman Kompleksi tikilib istifadəyə verilmişdir ki, bundan da 5-i cari ilin payına düşür.  Göygöl Olimpiya İdman Kompleksinin və  Daşkəsən rayonunda “Gənclər üçün təlim və istirahət mərkəzi”nin tikintisi başa çatdırılmışdır.  Abşeron, Ağcabədi, Yardımlı OİK-nin tikintisi və Lənkəran OİK-nin yenidən qurulması işləri davam etdirilir. Goranboy, Neftçala, Tərtər Olimpiya İdman Komplekslərinin, Qala qəsəbəsində isə  idman kompleksinin tikintisinin layihə-smeta sənədləri  hazırlanır və yaxın zamanlarda tikintiyə hazırlıq işlərinə başlanılacaqdır. Bunlarla yanaşı Yevlax şəhərində OİK-nin tikintisinin ilkin layihə sənədlərinin hazırlanmasına başlanılmışdır.

Hazırda Bakı şəhərində muasir standartlara uyğun beynəlxalq yarışların, o cümlədən 2015-ci ildə 1-ci Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsinə imkan verəcək Gimnastika Kompleksinin, idmançılara tibbi xidmətlər göstərəcək Respublika İdman Tibb Mərkəzinin, Su İdman Sarayının, 65 min tamaşaçı tutumuna malik Olimpiya Stadionunun tikintisi işləri, Stend Atıcılığı üzrə İdman Kompleksinin yenidən qurulması, Heydər Əliyev adına İdman Konsert Kompleksinin və Bakı İdman Sarayının (Əl Oyunları Sarayı) əsaslı təmir işləri aparılır. Bayıl qəsəbəsində  inşa edilməkdə olan Su İdman Sarayının yanında  çimərlik voleybolu, çimərlik futbolu, su polosu, 3x3 basketbol idman növləri üçün Avropa Oyunlarl parkının layihə-smeta sənədləri hazırlanır, ərazidə söküntü işləri yekunlaşır və tikintiyə hazırlıq işlərinə başlanılmışdır. 

“Azərbaycan Gəncliyi  2011-2015-ci illərdə Dövlət Proqramı”na əsasən  10 Gənclər evindən 1-i Mingəçevir Gənclər evi cari  ilin aprel ayında istifadəyə verilmişdir. Hazırda Naxçıvan MR-da, Gəncə, Sumqayıt, Şirvan, Şəki şəhərlərində və  Bərdə, Tovuz, Quba rayonlarında Gənclər Evlərinin inşası aparılır. Şamaxı rayonunda isə yaxın zamanlarda Gənclər Evinin tikintisinə hazırlıq işlərinə başlanılacaqdır.

“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə əlaqədar Xəzər rayonunda Gənclər evinin tikintisi başa çatmışdır. Binəqədi, Sabunçu, Qaradağ və Suraxanı rayonlarında Gənclər evinin tikintisi işləri davam etdirilir və 2014-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.
Eyni zamanda Proqrama əsasən cari ildə qəsəbələrdə 4 mini-futbol meydançası tikilib istifadəyə verilmiş, 16 müxtəlif idman təyinatlı obyektlərin layihə-smeta sənədlərinin ekspertizası və  tikinti-quraşdırma işləri yerinə yetirilməkdədir. 
 
mys.gov.az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

11 İyul 2025
20:05

UEFA Konfrans Liqası: “Zirə” - "Hayduk” matçının hakimləri məlum olub

19:17

"Sabah"ın "Sele" ilə cavab oyunu üçün planları bilindi - AÇIQLAMA

19:05

"Qarabağ" Niderland təmsilçisi "Tvente"ni məğlub edib

18:44

"Araz-Naxçıvan"ın rəqibi milli üzvü ilə gücləndi - RƏSMİ

18:19

"Sumqayıt" Yankoviçi heyətinə qatdı - RƏSMİ

17:56

"Roma" A Seriyasının ən yaxşı qapıçısı ilə müqavilə yenilədi

17:38

Azərbaycan millisi ardıcıl 2 qələbə ilə Ukrayna və Sinqapura rəqib oldu

17:20

Taleh də "Mingəçevir"i tərk etmək qərarına gəldi - SƏBƏB

17:05

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:02

"Turan Tovuz" hücumçusu ilə vidalaşdı - RƏSMİ

16:44

Seneqallı dayaq yarımmüdafiəçisi "Fənərbağça"da - RƏSMİ

16:26

"Hayduk"la mübarizəyə bütün komponentlərdə hazır olsaq..." - Ceyhun Nuriyev

16:08

Yunuszadə Premyer Liqa klubu ilə müqavilə bağlamaq üzrədir

15:53

RPL-dən uzalaşdırılan "Torpedo"nu hansı komandanın əvəzləyəcəyi bilindi

15:34

"Taktiki dəyişiklikdən sonra rəqibin əl-qolu açıldı" - Arif Əsədov

15:16

1-ci Liqada yeni mövsümün başlama tarixi bilindi

14:58

"Sumqayıt" daha bir legioneri ilə yollarını ayırdı - RƏSMİ

14:41

"Səbail" ilk transferini reallaşdırdı

14:23

Şuaybu "Qəbələ"dən ayrılıb bu klubla 1+1 illik müqavilə bağladı

14:04

İstanbul nəhəngi Asensionun transferini bitirmək üzrədir - SON DURUM

13:47

"Şəfa" akademiya yaradır

13:28

"Neftçi"də yeni təyinat reallaşdı

13:09

Bu gün 3x3 basketbol üzrə Azərbaycan millisi iki oyun keçirəcək

12:51

"Cavab oyunu yaxşı məşq olacaq" - Arda Turan debütdəki 6:0-ı dəyərləndirdi

12:23

"Oyunun ədalətli nəticəsi 2:2 hesablı heç-heçə olmalıydı" - Aslan Kərimov

12:05

"Araz-Naxçıvan"ın rəqibi sabiq "Barselona"Lı ilə gücləndi

11:46

Azərbaycan klubları avrokuboklarda yubiley qolunu vurdu

11:28

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:07

"Araz-Naxçıvan" Super Liqa təmsilçisi ilə üz-üzə

10:46

"Qarabağ" "Tvente" i qarşılaşır

10:25

"Barselona" Almaniya çempionunun 2 oyunçusuna elçi düşdü

09:45

"Sabah" uduzdu, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

09:23

London nəhəngləri razılığa gəldilər - İngilis vinger klubunu dəyişir

09:00

"Qarabağ"da yeni qapıçı - FOTO

02:04

KL: HİK-i adada "döydülər", Gürcüstan komandalarından qələbə

01:12

AL: "Şaxtyor" finlərə divan tutdu, "Aktobe" Polşada uduzdu

10 İyul 2025
23:55

"Bəxtim gətirib ki, belə klubda oynayıram" - "Real"la oyunda dubl edən Ruis

23:20

Luis Enrike "Çelsi" ilə final oyunu barədə nə danışdı?

22:37

Dambrauskas "Sele"yə məğlubiyyəti şərh etdi

22:24

"Güclü tərəf biz idik" - Albert Riera

Facebookdan bizi izləməyi unutmayın.
X