Nazci Şensoy AFFA-nın Berti Foqtsla müqaviləni uzatmasına münasibət bildirib. Fanat.az xəbər verir ki, "Turan"ın sabiq türk çalışdırıcısı "Facebook" səhifəsində alman çalışdırıcını və AFFA-nı tənqid edib:
Azərbaycan Futbol Federasiyası 5 il bərabər çalışdıqları baş məşqçiləri, alman Berti Foqtsun müqaviləsini daha uzatdı. Bu 5 il içində Azərbaycan futboluna heç bir şey verməyən Berti Foqtsun yerinə hər hansı bir Şaxta Baba çalışsaydı, eyni nəticələri qazanardı. Heyif, həm də çox heyif".
Fanat.az