“Qəbələ” sabah günorta saatlarında təlim-məşq məqsədilə Türkiyənin Antalya şəhərinə yollanacaq. Fanat.az xəbər verir ki, komanda toplanış boyunca Bələk bölgəsində yerləşən "Gloria Sereniti" otelində məskunlaşacaq.
Baş məşqçi Yuri Syomin yanvarın 5-dən 27-dək keçiriləcək hazırlıq prosesinə əvəzedici heyətdən 2 futbolçu cəlb edib. Bunlar müdafiəçi Şirməhəmməd Məmmədov və hücumçu Salman İbrahimovdu.
"Qəbələ" toplanış çərçivəsində yanvarın 10-u, 13-ü, 16-ı, 20-i, 22-i və 25-i tarixlərində ümumilikdə 6 sınaq oyunu keçirəcək. "Qırmızı-qaralar"ın yanvarın 10-u və 25-də qarşılaşacağı kollektivlər dəqiqləşməsə də, digər rəqiblər bəllidi:
13 yanvar: "Qəbələ" - "Tobol" (Qazaxıstan)
16 yanvar: "Konyaspor" (Türkiyə) - "Qəbələ"
20 yanvar: "Qəbələ" - "Spartak" (Qazaxıstan)
22 yanvar: "Qəbələ" - "Volqa" (Rusiya)
Fanat.az