Qadın voleybolçular arasında dünya çempionatının III təsnifat mərhələsində II turun matçları keçirilib. Fanat.az xəbər verir ki, bu gün J qrupu çərçivəsində Bakıda iki oyun baş tutub.
Əvvəlcə Serbiya və İsrail voleybolçular meydana çıxıb. Ötən gün milmizə yenilən israillilər bu dəfə serblərə boyun əyib - 0:3. Faiq Qarayevin başqçılıq etdiyi yığmamız isə eyni hesabla Estoniyanı üstələyib.
Hazırda qrupa 6 xalı olan Serbiya və Azərbaycan milliləri başçılıq edir. Serblər millimizi set fərqinə görə qabaqlayır. Sentyabrın 23-dən oktyabrın 12-nə kimi İtaliyada təşkil olunacaq mundiala Avropanın 5 seçmə qrupunun hər birindən ilk yerin sahibləri vəsiqə qazanacaq. İkinci yerlərdən isə yalnız ən yaxşı göstəricilərə malik 2 komanda buna nail olacaq. Millimiz işini şansa saxlamamaq üçün sabah Serbiyanı udmalıdı.
Voleybol
Seçmə mərhələ
J qrupu
4 yanvar
Serbiya - İsrail - 3:0 (25:9, 25:12, 25:20)
Estoniya - Azərbaycan 0:3 (17:25, 19:25, 13:25)
1 | Serbiya | 2 | 2 | 0 | 6-0 | 150-95 | 6 |
2 | Azərbaycan | 2 | 2 | 0 | 6-1 | 169-125 | 6 |
3 | İsrail | 2 | 0 | 2 | 1-6 | 117-169 | 0 |
4 | Estoniya | 2 | 0 | 2 | 0-6 | 103-150 | 0 |
Fanat.az