"Araz"ın futbolçusu Mikayıl Rəhimov İstanbula yollanıb. Fanat.az xəbər verir ki, buna səbəb zədələnən futbolçunun müayinədən keçməsi olub.
Mikayılın durumu ilə bağlı "Araz"ın meneceri Tahir Əliyev məlumat verib: "Səhər saatlarında Mikayılla birgə İstanbula uçduq. Vaxt itirmədən futbolçumuzu həkim müayinəsindən keçirdik".
Menecer bildirib ki, həkimlər müdafiəçinın qısa zamanda sağalacağını deyib. Seansların ən azı bir həftə davam edəcəyini qeyd edən Əliyev 10 gün sonra Mikayılın yaşıl meydanlarda olacağı bildirib.
Fanat.az