İtaliyada çimərlik futbolu üzrə Avroliqa yarışları davam edir. Azerisport.az xəbər verir ki, birinci diviziona vəsiqə uğrunda Azərbaycan yığması da mübarizə aparır.
Qeyd edək ki, B qrupunda yer alan millimiz Türkiyə, Macarıstan və İsraillə yarışır. Komandamızın ilk rəqibi isə İsrail idi. Təəssüf ki, millimiz bu görüşdə darmadağınla üzləşib – 1:7. Bu gün isə millimiz Türkiyə ilə qarşılaşacaq. Hansı ki, bu komanda startda Macarıstanı 3:1 üstələyib.
14 iyun
16:00. Azərbaycan – Türkiyə
İdman24.az