“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Adrian Pit azerisport.az saytına müsahibəsində komandasının Avropa Liqasındakı perspektivindən danışıb, eləcə də “Neftçi” ilə Azərbaycan Kubokunun final matçındakı münaqişəni yada salıb.
“Mövsümü çox pis keçirsək də, hər halda Avropa Liqasına vəsiqə qazanmağımız üstünlüyümüzdür. Çox şadam ki, ən azından buna nail ola bildik. Həm də mən buna yalnız öz gücümüz sayəsində nail olduğumuzu düşünürəm. Çünki biz güclü rəqiblərə qalib gəlməklə finala çıxmışdıq. Avrokuboklardakı şanslarımız barədə indidən nəsə demək tezdir. İstənilən halda biz Avroliqada mümkün qədər uğurlu çıxış etmək istəyirik. Özü də bizim yeni baş məşqçimiz var. Komanda onun rəhbərliyi altında uğur qazanmaq istəyir. Hər şeyi zaman göstərəcək”.
Pitin sözlərinə görə, “Xəzər Lənkəran”ın ikinci altılıqda çıxış etməsi komandanın Avroliqaya inaml şəkildə hazırlaşmasına mane olmayacaq: “Bu amilin komandamızın Avroliqadakı çıxışına təsirsiz ötüşəcəyini düşünmürəm. Çünki biz buna qədər bütöv bir hazırlıq prosesi keçəcəyik. Ümidvaram ki, Avroliqaya qədər hər şey yoluna düşəcək”.
Rumıniyalı yarımmüdafiəçi kubokun “Neftçi” ilə final oyunundan, eləcə də matçdan sonrakı qalmaqaldan da danışıb: “Neftçi” birinci hissədə yaxşı oynadı. Amma ikinci hissədə biz təşəbbüsə yiyələnmişdik. Penaltilərlə uduzmağımız artıq bəxt amili ilə bağlı idi. Təəssüf ki, bəxt bizim üzümüzə gülmədi. Oyundan sonra baş verənlərə gəlincə, bunu heç şərh də etmək istəməzdim. Belə münaqişələr futbol simasını itirməsinə gətirib çıxarır. Aydın məsələdir ki, emosiyalar üst həddə idi. Amma istənilən halda belə hərəkətlərə yol vermək lazım deyildi”.
İdman24.az