16:27 10.01.2014 556

Akif İsmayılov AFFA-nı yıxıb-sürüdü: "Elxan Məmmədov gözəl bilir ki..."

Tofiq Bəhramov adına Respublika stadionunun direktoru Akif İsmayılov Azərbaycan milli komandasının son ev oyunlarını mərkəzi arenada keçirməməsinə münasibət bildirib. Fanat.az xəbər verir ki, İsmayılov yığmamızın əsaslı təmirdən sonra yenidən qurulan arenanın xidmətindən yararlanmamasının konkret səbəbini bilmədiyini söyləyib.
 
Onun fikrincə, AFFA rəhbərliyinin öz balansındakı 12 min tamaşaçı tutumuna malik "Bakcell Arena"ya üstünlük verməsi qurumun Respublika stadionuna icarə haqqı ödəməmək istəyi ilə bağlı ola bilər. Mərkəzi arenanın direktoru hesab edir ki, yığmamız rəqiblərini iri tutumlu stadionlarda qəbul etməlidi: "Federasiya rəsmiləri 30-32 min nəfərlik mərkəzi arenanı doldura bilmədiklərini səbəb göstərirlər. Amma mən hesab edirəm ki, milli komanda ev oyunlarını 10-12 min nəfərlik stadionda keçirməli deyil. Yığmamız rəqiblərini böyük stadionlarda qəbul etməlidi. Biletlərin qiymətləri isə bir qədər aşağı salınmalıdı ki, stadiona azarkeşlər gəlsinlər. 30 min azarkeşi stadiona cəlb etmək istəyirsənsə, əlbəttə, biletin qiymətini 8, 10, 20 və ya 50 manat müəyyənləşdirməli deyilsən. Bu gün sənə azarkeş dəstəyi lazımdı. Azarkeş dəstəyi lazım olduqda, insan hər şeyə gedir. 10 minlik stadiona 8 min adam yığa bilirsən. Çünki biletin qiymətini qaldırırsan. O bileti hər adam ala bilmir. Bəlkə də əsl azarkeş o stadiona düşə bilmir. O qədər qocaman azarkeşimiz var ki... Oyun olanda mənim yanıma gəlirlər. Gücləri yoxdu bilet almağa. Veteran futbolçularımız var ki, bilet istəyirlər. Onlar da azarkeşlik etmək istəyirlər. Milli komanda il ərzində 3-5 ev oyunu keçirir. Hamının yığmanın oyununu izləməsi üçün qiymət ucuz olmalı, insanlara şərait yaradılmalıdı. Məncə, Tofiq Bəhramov adına Respublika stadionu futbol oyunu keçirmək üçün əsl arenadı. Bunu burada işlədiyim üçün demirəm. Mərkəzi arenada azarkeş dəstəyi ilə “Bakcell Arena”dakı dəstək arasında böyük fərq var. Təkcə mən yox, Azərbaycan əhalisinin 70-80 faizi deyir".
 
Gələn il daha böyük - 65 min nəfərlik Bakı Olimpiya stadionu istifadəyə veriləcək. İsmayılovun sözlərinə görə, AFFA rəhbərliyi Respublika stadionunu doldura bilmirsə, ən azı 2 dəfə böyük olan arenanı azarkeşlərlə necə təmin edəcəyi sual doğurur: “Bu gün gedib “Bakcell Arena”da oynayırlar ki, azarkeş yığa bilmirik. Bəs 60 min nəfərlik stadionu necə dolduracaqlar? Mən yığmamızın ev oyunlarını “Bakcell Arena”da keçirməsinə dair qərarla razı deyiləm. Hesab edirəm ki, azarkeşi stadiona cəlb etməyi bacarmaq lazımdı. Biz “Stadiona azarkeş gəlmir” sözünü gərək işlətməyək. Necə olurdu ki, “Qarabağ” Avropa Liqasının təsnifat mərhələsindəki ev oyunlarında stadionumuzu tam doldururdu? Mənə elə gəlir ki, azarkeşlərlə yaxınlıq etmək, onlara şərait yaratmaq lazımdı ki, stadiona gəlsinlər. Niyə əvvəllər millinin oyunlarına gəlirdilər? Çünki futbola maraq çox idi. İndi isə o orda danışır, bu burda. Belə olmaz. Mən başa düşürəm ki, VİP-lojalara gələnlərdən qazanc əldə etmək lazımdı. Amma kənar sektorlara biletlərin hamısı ucuz olmalıdı. Uzağı 2 manata. Niyə də olmasın? Amma belə sualları çox vaxt bizə verirlər. Onlara izah edə bilmirəm ki, biletin qiymətini mən təyin etmirəm. Biletə 20-50 manat pul verən qışqırmır, azarkeşlik etmir, oturub tum çırtlayır”.
 
Stadion direktoru onu da bildirib ki, belə açıqlamalar verməklə, AFFA rəhbərliyini tənqid etmək fikrində deyil, sadəcə yol göstərir: “Burada tənqidi bir şey yoxdu. Bütün sözlərim yaxşılığa doğru yönəlib. Mən məsləhət verirəm. AFFA-nın rəhbərliyi və əməkdaşları ilə çox yaxşı münasibətdəyəm. Baş katib Elxan Məmmədov da gözəl bilir ki, sözümü deyən adamam. Özünə də biletlərin qiymətinin baha olduğunu demişəm. Düzdü, onlar da milli komandanın oyunları ilə əlaqədar müəyyən xərc çəkirlər. Həmin xərcləri qarşılamağın lazım olduğunu başa düşürəm. Amma Azərbaycan - Rusiya oyununa azarkeşin az gələcəyini səbəb göstərərək, matçı “Bakcell Arena”ya salırlar. Əgər belədisə, niyə 2009-cu il oktyabrın 14-də bu iki komanda arasında Respublika stadionunda baş tutmuş oyunda tribunalar tam dolmuşdu? Ötən ilki oyun da bizim stadionda keçirilsəydi, ən azı 30 min tamaşaçı gələcəkdi”.
 
Qeyd edək ki, Azərbaycan millisi sonuncu dəfə Tofiq Bəhramov adına Respublika stadionunda ev oyununu 2013-cü il martın 26-da Portuqaliyaya qarşı keçirib. 2014-cü il dünya çempionatının seçmə qrup oyunu qonaqların qələbəsi ilə yekunlaşıb - 0:2. Bundan sonra millimiz iyunun 7-də Lüksemburq (1:1), Şimali İrlandiya (2:0) və Rusiyanı (1:1) “Bakcell Arena”da qəbul edib. Seçmə oyunlardan əlavə, Malta ilə yoldaşlıq görüşü (3:0) də bu arenada baş tutub.

lent.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

Facebookdan bizi izləməyi unutmayın.
X