"Qəbələ"nin U-16 komandasının Türkiyənin Antalya toplanışı davam edir. Fanat.az xəbər verir ki, Azərbaycan çempionu oluduğu üçün AFFA tərəfindən toplanışa göndərilən komanda ilk sınaq matçını keçirib.
"Qəbələ"nin rəqibi Şotlandiyanın "Hibernian" klubunun 20 yaşadək futbolçulardan ibarət komandası olub. Oyun şotlandların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Təmsilçimizin qapısına iki qolu Teylor Hendri vurub. Cey Doyl, Bob Uilson və Qaret Makkefri isə hərəyə bir dəfə fərqlənib.
Qeyd edək ki, "Qəbələ" sabah Şotlandiyanın "Seltik" klubunun U-17 komandası ilə qarşılaşacaq. Yanvarın 12-də isə komanda vətənə dönəcək.
Fanat.az