"Araz"ın futbolçusu Mikayıl Rəhimov İstanbulda müalicəsini davam etdirir. Fanat.az xəbər verir ki, barədə klubun rəsmi "Facebook" səhifəsinə "Araz"ın meneceri Tahir Əliyev məlumat verib:
"Artıq 3-cü gündü ki, futbolçumuz müntəzəm olaraq həkim nəzarəti altında müalicəsini davam etdirir. Təxminən bir həftəlik müalicə kursu qalır. Təəssüflə qeyd etməliyik ki, Mikayıl yoxlama oyunlarını buraxmalı olacaq. Çünki, müalicə bitdikdən sonra əvvəlcə fərdi məşqlərə başlamalıdı. Amma ikinci dövrə başlayana kimi Mikayıl tam ideal formada olacaq".
Fanat.az