Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, Türkiyə yığması ilə qarşılaşan millimiz 2:6 hesabıyla məğlub olub. Futbolçularımızdan Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib.
Qeyd edək ki, seçmə mərhələ oyunları İtaliyanın Terracina şəhərində təşkil olunub.
Xatırladaq ki, İsrailə qarşı ilk matçda millimiz 1:7 hesabıyla uduzub.
İdman24.az