"Toplanış normal keçir. Hər gün məşqlər də davam edir, axtarışlarımız da. Amma axtarışlarımız məşqlərimizdən daha çox davam edir". Fanat.az xəbər verir ki, bu sözləri "Araz"ın baş məşqçisi Əsgər Abdullayev deyib.
Baş məşqçi baxışda olan futbolçularla bağlı danışıb: "Çempionatın başlamasına hələ xeyli vaxt var. Ona görə də bu gün dəqiq söz demək çətdindi ki, kimlər qalacaq. Optimal heyətin qurulması vaxt tələb edir. Bu səbəbdən də xahiş edirəm ki, zamanı qabaqlamayaq".
Fanat.az