14:03 13.01.2014 1736

Ronaldonun azərbaycanlı dostu danışdı - MÜSAHİBƏ

"Real"ın ulduz futbolçusu Kriştiano Ronaldonun azərbaycanlı dostu kimi tanınan Riad Rəfiyev müsahibə verib. Müsahibəyə keçməzdən əvvəl Riad bəy haqda qısa bir məlumat vermək istərdik. Riad Azərbaycan müasir futbolunda böyük bir iz qoymuş, “Neftçi”nin 90-ci illərdə ən böyük dəstəkçisi olan mərhum Rasim Rəfiyevin oğludu. Uşaq yaşından futbola maraq göstərən Riad, vaxtilə Braziliyada “Sant`Anna“ akedemiyasının məzunu olub. Azərbaycanda “Karvan” klubunda futbol oynayıb, sonradan futbol oynamağı futbolu idarə etməklə əvəz edib. İndi isə AFFA-da çalışır.
 
- Riad bəy, ilk növbədə bizə müsahibə verməyə razılıq verdiyiniz üçün sizə minnətdarıq. Bildiyiniz kimi, müsahibənin əsas mövzusu sizin Kriştiano Ronaldo ilə münasibətiniz haqda olacaq. Ronaldo ilə harda və necə tanış olmusuz?     
- Ronaldo ilə Bakıda tanış olduq, Azərbaycan - Portuqaliya oyunu zamanı onlar Bakıya oyundan 3 gün öncə gəlmişdilər. Mən də bizim federasiya tərəfindən Portuqaliya millisini müşahidə edən şəxs təyin olunmuşdum. Yəni, onlar Bakıda olan vaxt hər zaman onların yanında olmalı idim. Elə ilk gün, Ronaldo özü mənə yaxınlaşaraq ingilis dilində oteldə idman zalının harda olduğunu soruşdu. Əvvəlcə inanmadım, sonra isə ona portuqal dilində cavab verdim, o da bunu gözləmirdi və gülməyə başladı. Məncə, məhz buna görə bundan sonra hər dəfə məni görəndə öz yanına çağırırdı.
 
- Kriştianonu çoxları özündənrazı bir insan hesab edirlər. Siz onunla bir neçə dəfə görüşən insan kimi bu haqda nə deyə bilərsiz?
- Xeyr, tamamilə səhv fikirdi. Ronaldo həyatda çox sadə və ünsiyyətcil bir insandı. Tam əminliklə deyə bilərəm ki, Ronaldo milli komandada ən ünsiyyətcil oyunçudu. Ondan başqa heç bir oyunçu otelin lobbisinə düşüb gəzmirdi. Ronaldo isə rahat gəzişirdi, hamıyla şəkil çəkdirirdi. Hər zaman gülüb və zarafat edən insandı. Digər oyunçular daha çox otaqlarında olmağa üstünlük verirdilər.
 
- Ronaldo ilə Bakıda baş verən maraqlı bir əhvalat danışa bilərsizmi?
- Əslində, daha maraqlısı Pepe ilə baş verdi. Ronaldo və o hər zaman birlikdə olurlar. Səhər yeməyindən sonra Pepe ilə salamlaşdım, bir az söhbət etdik və o, məndən bir saniyəlik onun telefonunu tutmağı xahiş etdi, mən isə tesadüfən onun telefonunu yerə saldım, ekranı çatladı. Özümü bir az pis hiss etdim, yaxşı ki, Pepe sadəcə güldü və heç bir problem yoxdu dedi. Ronaldo isə qıraqdan zarafatyana mənə dedi: "Dostum, heç narahat olma, onsuzda ona heç kim zəng eləmir".
 
- Yerli və xarici mətbuatda sizin Ronaldo və onun oğlu ilə olan şəkliniz yer almışdı. Deyə bilərsizmi, bu şəkil harda və hansı şəraitdə çəkilib? 
- O şəkillər Portuqaliyada çəkilib. İsveçlə oyundan sonra. Həmin oyuna məni Portuqaliya Futbol Federasiyasının prezidenti cənab Fernando Qomes dəvət etmişdi. Oyunu onunla birlikdə izlədik, oyun bitəndən sonra mənə özüylə Portuqaliya millisinin paltardəyişmə otağına getməyi təklif etdi. Orda yenə də Ronaldo və Pepeylə görüşdük. Oyundan sonra isə gedib oteldə nahar etdik. Mən, federasiyanın prezidenti, Ronaldo və Pepe.
 
- Bildiyimizə görə siz Ronaldoya Bakıdan bir hədiyyə də aparmışdız, bu nə hədiyyə idi?
- Azərbaycan milli komandasının üstündə onun adı və nömrəsi yazılmış futbolkanı.
 
- Bu gün dünyanın ən yaxşı oyunçusu seçiləcək, sizcə Ronaldo, yoxsa Messi bu mükafatı qazanacaq? 
- Bu il əlbəttə ki, Ronaldo qazanmalıdı. Bu individual bir mükafatdı. Messi bu ili öz səviyyəsindən aşağı keçirdi. Riberi isə baxmayaraq ki, bütün kubokları qazandı, individual olaraq Ronaldodan geri qaldı.
 
- Keçək işinizlə bağlı məsələlərə, siz seleksiya işləri üzrə baş koordinator vəzifəsində çalışırsınız və Azərbaycan yığmasında bəzi futbolçuların oynamağı sizin işinizin bəhrəsidi. Xaricdən tapıb Azərbaycan yığmasına gətirdiyiniz ən uğurlu oyunçu kimdi? 
- Rüfət Dadaşov, məncə, bizim üçün çox yaxşı tapıntıdı. Ondan başqa bütün millilərimizdə (U-17, U-19, U-21) artıq Rusiya, Ukrayna, Almanyada yaşayan Azərbaycanlı futbolçular çıxış edirlər. Amma desəm ki, onları mən tapmışam düz olmaz, bu bütün bizim şöbənin böyük əməyidi.
 
- Xaricdə azərbaycanlı futbolçular tapıb milli komandaya dəvət etmək çətin bir işdi, siz bu işin öhdəsindən necə gəlirsiz? Futbolçular vətən sevgisinə, yoxsa pula görə yığmaya gəlir?
- Puldan söhbət gedə bilməz. Biz heç bir oyunçuya pul ödəməmişik. Öz milli komandasında hansı futbolçu oynamaq istəməz?
 
- Azərbaycan futbolunun içində olan bir şəxs kimi, futbolumuzun gələcəy perspektivləri haqqında nə deyə bilərsiniz? 
- Məncə, biz düz yoldayıq. İldən ilə nəticələrimiz yaxşılaşır. Biz bir günün içində nəticə istəmirik. Biz gələcəyə baxırıq. Möhkəm bir fundament qurmaq istəyirik.
 
- Sizin cəmi 27 yaşınız var, gələcəklə bağlı hansı planlar var və sizin ən böyük arzunuz nədi?
- Ən böyük arzum Azərbaycan millisini dünya çempionatında görməkdi.

dailysport.az 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

17 May 2024
10:27

Təbriz klubunu yarımfinala buraxmadılar

01 Yanvar 1970
04:00

04:00

04:00

10:05

AFFA prezidenti Çeferinlə görüşdü

09:48

"Yurqorden"dən darmadağın - Musa hanı?

09:24

Şeydayevlə İsgəndərlinin Super Liqa arzusu "suya düşdü"

09:00

MPL: "Qarabağ" "Turan Tovuz"a qarşı - YENİLƏNİR

02:10

"Barselona" 2 qolla ikinci pillədə möhkəmləndi

16 May 2024
20:30

41 ildən sonra ÇL-ə çıxan klub PSJ-nin oyunçusu ilə güclənir

19:10

Çempionluğun taleyi son tura qaldı

18:45

"Mançester Siti"nin əsas qapıçısı sıradan çıxdı

18:17

"Turan Tovuz" "Qarabağ"la oyuna 2 itki ilə çıxacaq 

17:55

"Kroos "Qızıl top" uğrunda mübarizə aparmalıdır" - Ançelotti 

17:42

"Turan Tovuz"un şikayəti təmin edilmədi

17:13

"Zibil, səni harada tapacağımı bilirəm" - Alleqri özündən çıxdı

16:44

Mudrik yayılan xəbərləri təsdiqlədi: "Bu, oyunun bir hissəsidir"

16:39

Xesus Navas gedir

16:21

Duarte "Kruzeyro"ya keçir? - Agenti açıqladı

16:04

AÇ-2024: Almaniya millisinin heyəti açıqlandı

15:46

Azərbaycan millisi Yaponiyadakı dünya çempionatında iştirak edəcək

15:28

Qnabri AÇ-2024-ü kənardan izləyəcək - SƏBƏB

15:10

La Liqa klubundan qeyri-adi addım: Oyunu qapıçısına qurban verdi

14:51

Andrey Lunyov "Qarabağ"ı paytaxt klubuna dəyişə bilər

14:33

"Onlar favoritdilər, AÇ-ni artıq kağız üzərində qazanıblar"

14:18

"Karvan" - "Mingəçevir" oyunu illərin derbisidir" - Qabonlu Ondo

13:59

İbrahimoviç məşhur boksçuya səsləndi: "Sənə özün olmağı arzulayıram"

13:40

Harri Keyn Almaniyada mükafat qazandı

13:21

AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda

13:04

AFFA "Qarabağ", "Sabah", "Sumqayıt" və "Kəpəz"i cərimələdi, "Zirə"yə xəbərdarlıq olundu

12:45

Mərkəzi oyun FİFA referisinə tapşırıldı

12:29

Palmer Lemparda çatdı, daha bir rekorda şərik oldu

12:08

"İstirahətə ehtiyac var" - "Kəpəz"in kapitanı

11:50

"Yuventus" kubok qazanan Alleqrini qovacaq - SƏBƏB

11:30

Azərbaycanın 11 boksçusu yarımfinala yüksəldi

11:11

"Arsenal" 75 milyonluq hücumçu alır

10:50

Nigeriyalı forvardı Bundesliqada ən yaxşı seçdilər

10:31

Azərbaycan millisi Mərkəzi Asiyanın Açıq Çempionatında iştirak edəcək

10:12

Tuxel "Bayern"də  qalacaq - Yalnız bir tələbi var

09:26

“Mançester Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm" - Brunu Fernandeş

Facebookdan bizi izləməyi unutmayın.
X