Almaniyanın "Bavariya" klubunun ulduzu Frank Riberi komandasından namaz qılmaq üçün stadionda xüsusi bir yerin tikilməsini istəyib.
İdman24.az-ın məlumatına görə, buna cavab olaraq komanda heyəti Riberi üçün kompleks ərazisində məscid tikdirmək qərarına gəlib.
Müsəlman futbolçuların ibadətlərinin rahata şəkildə yerinə yetirməsi üçün belə bir qərar aldıqlarını deyən klub rəhbərliyi azarkeşlərin də istədiyi təqdirdə bu məsciddən istifadə edə biləcəklərini açıqlayıb.
Bu ideyanın əsas sahibi komandanın ulduz oyunçusu Riberiyə məxsusdur. Stadiona məscid tikdirəcək klub, hətta həmin məscidə axund da təyin edəcək.
Eyni zamanda burada İslam kitabxanasının da yer alacağı bildirilir. Məscidin maliyyə məsələlərinin 85 fazini "Bavariya" rəhbərliyi öz üzərinə götürüb. 15 faizi isə isə oyunçular və azarkeşlərin üzərinə düşəcək.
Qeyd edək ki, Avropada müsəlman oyunçular üçün ilk ibadət yeri ayıran İngiltərənin "Nyukasl" klubu olub.
İdman24.az