“İnter”in sabiq yarımmüdafiəçisi Georgi Adamiyanın azerisport.az saytına müsahibəsi
- Hazırda nə işlə məşğulsuz?
- İndi Tiflisdəyəm. Yenicə fərdi qaydada məşq etməyə başlamışam. Həkimlər artıq buna icazə verirlər. Tezliklə zədədən tam qurtulub sevimli məşğuliyyətimə dönmək istəyirəm.
- Yeni mövsümdə harda oynamağa hazırlaşırsız?
- Hələ bilmirəm. Heç kimlə danışmamışam. İndi daha çox zədəmdən yaxa qurtarıb, əvvəlki formamı bərpa etmək haqda düşünürəm.
- Ümumiyyətlə gələcək karyeranızla bağlı nəsə plan qurmusuz?
- Düzünü desəm, yox. Ola bilər ki, Gürcüstanda qalım. Bu haqda düşünmüşəm. Baxmayaraq ki, hələ də Azərbaycan Premyer Liqasında oynamaq arzum qalmaqdadı.
- Axı necə də olsa, Azərbaycanda daha yaxşı pul verirlər...
- Bu aydın məsələdi. Təbii ki, bu amil az əhəmiyyət daşımır. Amma nə vaxtsa vətənimə də qayıtmalıyam.
- Nə əcəb heç kim sizinlə maraqlanmır? Axı neçə il Azərbaycanda çıxış etmisiz...
- Heç kim. Əgər olsaydı, danışıqlar aparardım. Əminəm ki, belə təkliflər olacaq.
- “İnter”ə qayıtmaq variantı varmı?
- Mən onlarla danışmamışam. Çətin ki, bu, alınsın. Onlar mənimlə əməkdaşlıq etmək istəmirdilər. “İnter” artıq keçmişdə qalıb. İndi irəliyə baxmaq lazımdı.
İdman24.az