13:11 21.01.2014 624

Millimizin üzvü: "Şikayət etməyə haqqımız yoxdu" - MÜSAHİBƏ

Futzal üzrə milli komandamızın üzvü Elnur Qəmbərov UEFA-nın rəsmi saytına müsahibə verib. Fanat.az xəbər verir ki, futzalçımuz yanvarın 28-də start götürəcək Avropa çempionatına hazırlıqlardan danışıb.

 - Hazırlıqlarınız necə gedir?
- Hər şey yaxşıdı. Komandada zədəli oyunçu yoxdu və hamının əhval-ruhiyyəsi əladı. Hazırlığın son mərhələsinə yanvarın 3-də start vermişdik. Gündə hər biri iki saat olmaqla, 2 məşq keçirik. Əsasən fiziki hazırlığa üstünlük veririk. Millidə 4 klubun - “Araz”, “Neftçi”, “Ekol” və “Fənərbaxça”nın oyunçuları yer alıb. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov məşqlərimizin çoxunu izləyir. O,  daim komanda, hər hansı problemin olub-olmamağı ilə maraqlanır. Bizə isə yalnız Antverpendə öz oyunumuzu göstərmək qalır. Nədənsə şikayət etməyə haqqımız yoxdu. Komandada heç kimin yeri təmin olunmayıb. İstər yerli olsun, istərsə də milliləşən braziliyalı. Heyətə düşmək üçün rəqabət var.

- Antverpendə hədəfiniz nə olacaq?
- Məqsədimiz qrup qalibi olmaqdı. İkinci olmağa yol verə bilmərik. Çünki belə olan halda 1/4 finalda İspaniya ilə qarşılaşacağıq. Biz də erkən mərhələlərdə bu ssenaridən qaçmaq istəyirik. 2010-cu ildəki nəticəni (üçüncülük) yaxşılaşdırmaq niyyətindəyik. Bu dəfə finala çıxmağı arzulayırıq. Bunun üçün əvvəlcə qrupdan çıxmaq lazımdı. Bu da asan olmayacaq. Təsəvvür edin ki, Sloveniya Portuqaliyaya qalib gəlib. Lakin bizim “Araz” da favoriti olmadığı qarşılaşmada bu ölkənin “Sportinq”ini məğlub edib, “Dördlər finalı”na yüksəlib.

- Milliniz və Azərbaycan futzalı haqda nə deyə bilərsiz?
- Yığma ətrafında əla ab-hava var. Bizim komanda böyük ailəni xatırladı. Legionerlərlə yerlilər arasında heç bir problem yoxdu. Bizim braziliyalılar 5 ildən artıqdı Bakıda yaşayırlar. Hamımız eyni qazandan yemək yeyir, yatanda eyni yuxunu görürük. Deyərdim ki, artıq legionerlərimiz də azərbaycanlıya çevrilib. Həm də milliləşən legionerlər təkcə bizim komandada deyil. Azərbaycan futzalının inkişafı da göz qabağındadı. Ölkədə futzal gündən günə yaxşılaşır və gənc oyunçular üzə çıxır.

- Yəqin ki, müəyyən çatışmazlıqlar da var...
- İlk növbədə daha güclü çempionata malik olmalıyıq. Həm də bu matçlara azarkeşlər də gəlməlidi. Ümid edirəm ki, “Dördlər finalı” futzala marağın artmasında rol oynayacaq. Azərbaycan futzalı inkişaf edir, amma müəyyən vaxt lazımdır. Komandamızda yaşlı oyunçuların çox olması haqda fikrə də münasibət bildirmək istəyirəm. Düşünürəm ki, AVRO-2014-də nəticənin qazanılmasında təcrübənin rolu 95 faizdi. Biz də kifayət qədər təcrübəyə malikik. Güclü rəqiblə oynayanda sürətli olmaq deyil, oyun epizodlarına cəld və düzgün qərarlar qəbul etmək daha vacibdi.

uefa.com
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

21 May 2025
18:16

AL finalçılarının - "Tottenhem" və MY-nin şəxsi görüşlərinin statistikası

17:55

Azərbaycan Kubokunun ilk finalçısı müəyyənləşdi

17:38

Postekoğlundan AL-in final ərəfəsində emosional açıqlama

17:19

AL-in finalından öncə kütləvi dava - İngilis fanatlar Bilbaoda aranı qarışdırdılar

17:01

MPL: Son turun təyinatları bəlli oldu

16:42

Minifutbol: Slovakiya hindistanlıları meydana çıxmağına peşman etdi

16:24

"Bu mükafatı qazana bilsək, klubun mentalitetini dəyişəcəyik" - Son Hın Min

16:05

"Araz-Naxçıvan"ın futbolçusu milliyə çağırıldı

15:48

"Ümid edirəm ki, ikinci cəhddə alınacaq" - Brunu Fernandeş

15:31

Azərbaycan - Macarıstan oyununun hakimləri bilindi

15:14

"Mingəçevir"in adı dəyişdirilir - EKSKLÜZİV

14:56

Minifutbol: Mundialda ilk darmadağın qeydə alındı

14:38

Oçe "Qəbələ"dən gedir, Massumo qalır, Şuaybu isə...

14:20

Jonatan Tanın yeni klubundakı maaşı da açıqlandı, müqavilə müddəti də

14:02

"Əl-İttihad" braziliyalı ulduzu sıralarına cəlb edir - MƏBLƏĞ

13:44

Del Pyero məşqçiliyə başlayır - "Bugündən məni "cənab" adlandıra bilərsiniz"

13:25

Amit Quluzadə 5 oyunluq diskvalifikasiya olundu

13:09

AFFA Premyer Liqanın iki klubunu cərimələdi

12:53

"Mançester Siti" onu tərk edən ulduza heykəl ucaldacaq

12:34

"Sumqayıt"ın legioneri milliyə çağırıldı

12:16

Region Liqası: Final oyununun hakimi bilindi

11:58

Minifutbol: Türkiyə millisi heç-heçə ilə başladı

11:40

"Real"ın ulduzu növbəti mövsümün startını buraxacaq

11:21

İlhan Mansız “Beşiktaş”ı bu futbolçudan qurtulmağa çağırdı - "O, hələ də oynayır?"

11:02

Ançelottinin köhnə və yeni komandaları qarşılaşacaq - Vida matçı

10:43

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:24

“Heydər Əliyev Kuboku-2025”: Azərbaycanın 17 boksçusu finala yüksəldi

10:05

Minifutbol: Bakıda mundial başlayır

09:44

AFFA "Neftçi" İK-in şikayətini təmin etmədi

09:23

AL: Finalda İngiltərə dueli - YENİLƏNİR

09:00

Rud van Nistelroyu əvəzləyəcək məşqçinin kimliyi bəlli oldu

01:17

İPL: "Mançester Siti"dən inamlı qələbə

20 May 2025
23:53

"Milan"a yazığım gəlir" - Nelson Dida

23:30

Yüksək Liqa: Mərkəzi oyun FİFA referilərinə tapşırıldı

23:01

İspaniya nəhəngi Leauya elçi düşdü

22:49

"Prezident mənə yazaraq bildirdi ki..." - Flik açıqladı

22:14

"Barselona" Fortla bağlı qərarını verdi

21:50

"Milan"ın yeni idman direktoru bilindi

21:20

"Məncə, Rusiya Braziliyanı məğlub edər" - Daniel Karvalyo

20:48

Yüksək Liqanın debütantı braziliyalı legionerlə gücləndi

Facebookdan bizi izləməyi unutmayın.
X