Hazırlıqlarını davam etdirən AZAL növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Vaqif Sadıqov yetirmələrini "Ağsu" ilə oyunda sınayıb.
AZAL I divizion təmsilçisini meydana çıxmağa peşman edib. Belə ki, "təyyarəçilər" rəqibi 6 cavabsız qolla məyus edib. Vaqif Sadıqov sabah "Neftçala" ilə oyunda sınayacaq. Bu son yoxlama görüşü olacaq.
Qeyd edək ki, AZAL bundan əvvəl 5 oyun keçirib. "Şuşa"nı (3:0), "Şahdağ"ı (5:1), "Araz"ı (2:0) yenən Vaqif Sadıqovun yetirmələri "Qaradağ" (2:3) və "Sumqayıt"a (1:2) uduzub.
Fanat.az