Marat İzmayılovu icarəyə götürən "Qəbələ" daha bir futbolçunu heyətinə qatır. Fanat.az xəbər verir ki, bölgə klubu Kamran Ağayevlə anlaşıb.
Millimizin qapçısı "Bakı"nın baş məşqçisi Milinko Pantiçlə dalaşdıqdan sonra transferə çıxarılmışdı. Paytaxt klubu əvvəlcə 400 min manat qiymət qoyduğu qolkirper üçün daha sonra endirim edərək, qiyməti 350 minə salmışdı. Artıq "Bakı" və "Qəbələ" arasında razılıq əldə olunub. Tərəflərin hansı məbləğə razılaşdığı açınlanmır. Transfer tezliklə rəsmiləşəcək.
Qeyd edək ki, Kamran ötən il keçdiyi "Bakı"da 18 oyun keçirib. O, əvvəllər "Şəfa" (2001-2004, 26 oyun), "Turan" (2004-2006, 18 oyun) və "Xəzər Lənkəran"ın (2006-2013, 122 oyun) formasını geyinib. 2008-ci ildən milliyə çağırılan qolkiper 29 oyun keçirib.
Fanat.az