İkinci dövrənin hazırlıqlarını Bakıda davam etdirən "Araz"ın Bolqarıstandan İrfan Hüseynovla 2,5 illik müqavilə imzalaması barədə məlumat vermişdik. Fanat.az xəbər verir ki, futbolçu ilk açıqlamasını klubun rəsmi saytına verib.
İrfan mövsümün sonunda çempion olacaqlarına inandığını bildirib: "Çempion olmaq istəyən bir komandanın heyətinə cəlb olunmağım müsbət haldı. Burda özümü ən yaxşı tərəfdən göstərib çempionluqda pay sahibi olmaq istəyirəm. Təbii ki, bu, mənim üçün asan olmayacaq. Yeni gəlmişəm və komanda yoldaşlarımla meydanda bir-birimizi başa düşmək üçün zamana ehtiyacım var. Artıq bir aya yaxındı klubun düşərgəsindəyəm. İstedadlı futbolçular var. Onlarla birlikdə mövsümün sonunda çempionluğu bayram edəcəyimizə indidən inanıram".
Qeyd edək ki, İrfan Bolqarıstanın "Maritsa", "Botev" kimi komandalarında forma geyinib.
Fanat.az