Bu gün Topaz Premyer Liqasında qış fasiləsi başa çatıb və üçüncü dövrəyə start verilib. Fanat.az xəbər verir ki, XIX turun ilk oyun günündə bir matç baş tutub. Əslində bu gün iki oyun keçirilməli idi. Lakin qar səbəbindən "Sumqayıt" - "Qəbələ" oyunu sabah oynanılacaq.
Günün yeganə oyununda "Qarabağ" "Xəzər Lənkəran"ı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın yeganə qoluna 49-cu dəqiqədə Manuel Skarlatake vurub. Mustafa Dənizli xəstəxanaya yerləşdirildiyindən Lənkəran klubunu meydana köməkçisi Oğuz Çətin çıxarıb.
Bu komandalar arasında 29-cu qarşılaşma olub. İndiyədək kubokda 2 dəfə qarşılaşan rəqiblər Premyer Liqada 27-ci dəfə üzləşib. 29 qarşılaşmada "Qarabağ"ın üstünlüyü var - 13 qələbə. 12 oyunda "Qarabağ" rəqibindən üstün olub, 4 matçda qalib müəyyənləşməyib. Top fərqində isə Lənkəran klubu üstündü - 32:29.
Qeyd edək ki, turun 4 oyunu sabah keçiriləcək. "Sumqayıt" "Qəbələ"ni, "İnter" AZAL-ı, "Neftçi" "Simurq"u, "Bakı" "Rəvan"ı qəbul edəcək.
Premyer Liqa
2013/14 mövsümü
III dörvə, XIX tur
1 fevral
Qarabağ - Xəzər Lənkəran 0:1
Qol: Manuel Skarlatake, 49.
Qarabağ: 13. İbrahim Sehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 9. Reynaldo Silva, 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 24. Admir Teli (k), 25. Ansi Aqolli (
11. Ulriş Kapolonqo, 86), 41. Leroy Corc (
19. Jaba Dvali, 69), 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 18. İlqar Qurbanov.
Baş məşqçi: Qurban Qurbanov.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Tyeqo, 7. Sadio Tounkara (
8. Deyan Blajevski, 78), 10. Elnur Abdullayev, 11. Zohair Benouahi, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 20. Mbilla Etame (
12. Junior Nildo, 79) Ehtiyat oyunçular: 19. Vyekoslav Tomiç, 6. Rasim Ramaldanov, 22. Deyvid Sakkoni, 23. Nikola Qliqorov, 55. Ağabala Ramazanov.
Məşqçi: Oğuz Çətin.
Hakimlər: Ramil Diniyev, Rza Məmmədov, Azər Əsgərov, Mahir Məmmədov.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Əliyar Ağayev.
Sarı vərəqələr: Maksim Medvedev, 17 (qeyri-idman hərəkəti). Vüqar Nadirov, 45 (qeyri-idman hərəkəti) - Elnur Abdullayev, 40 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 45+1 (qeyri-idman hərəkəti).
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Asim Xudiyev.
Tofiq Bəhramov adına Respublika stadionu. 1000 tamaşaçı.
1 | Qarabağ | 19 | 10 | 6 | 3 | 31-12 | 36 |
2 | Qəbələ | 18 | 11 | 2 | 5 | 27-16 | 35 |
3 | Neftçi | 18 | 10 | 4 | 4 | 27-19 | 34 |
4 | İnter | 18 | 8 | 3 | 7 | 27-21 | 27 |
5 | Bakı | 18 | 8 | 3 | 7 | 29-21 | 27 |
6 | Xəzər L | 19 | 6 | 7 | 6 | 17-24 | 25 |
7 | Simurq | 18 | 6 | 7 | 5 | 19-14 | 25 |
8 | AZAL | 18 | 6 | 6 | 6 | 17-23 | 24 |
9 | Rəvan | 18 | 1 | 6 | 11 | 9-32 | 9 |
10 | Sumqayıt | 18 | 1 | 4 | 13 | 11-32 | 7 |
Bombardirlər: Vaqif Cavadov (İnter) - 9. Reynaldo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Daniel Subotiç (Qəbələ) - 7. Əfran İsmayılov (Bakı), Leonardo da Silva (Qəbələ), Mbilla Etame (Xəzər Lənkəran) - 6.
Fanat.az