15:12 01.02.2014 618

"O səhv çempionat matçında buraxılsaydı..." - MÜSAHİBƏ

AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun müsahibəsi
 
- Türkiyənin Antalya bölgəsində keçirdiyiniz təlim-məşq toplantısında təlimatçılar qismində Siz və fiziki hazırlığa cavabdeh Namiq Quliyevdən əlavə, hakim-inspektor Asim Xudiyevi də gördük. Xudiyevin funksiyaları nədən ibarət idi?
- O, da bizim kimi funksiyaları daşıyır. Hamımız təlimatçıyıq. Son materialları hakimlərə çatdırmaq, çempionatdakı oyunların video-analizləri, buraxılmış səhvlərin təhlili və aradan qaldırılması üçün axtarılan yollar, idarə olunan oyunlara baxış, onların təhlili üzərimizə düşən vəzifələrdir. 
 
- Toplanışa Xudiyevin də Sizin kimi hakim-inspektor kimi qatıldığını demək olar?
- Əlbəttə. O, hakimlərin çempionatdakı oyunlarını daim izləyir və onlara qiymət verir. Burada isə referilərimizin idarə etdikləri yoxlama matçlarına qiymət vermir, sadəcə, axşam dərsində oyunu təhlil edir, müsbət və mənfi tərəflərini göstərir, hansı səhvlərin üzərində işləməyin lazım olduğunu bildirir. Bu, da normal bir şeydir. 
 
- Sizin hakimlərə verdiyiniz təlimatlarla müqayisədə hakim-inspektorların qiymətləndirməsi fərqli ola bilər. Bu baxımdan, Antalyaya daha çox hakim-inspektorun gətirilməsi məqbul olmazdı?
- Bu, bizim ən yaralı yerimiz və ən böyük arzumdur. Çox yaxşı sual oldu. Bizim təlimatçı sarıdan böyük problemimiz var. Meydanda baş verənləri hakimlər bir cür yozurlar, hakim-inspektorlar isə qiymət verərkən, başqa cür əsaslandırırlar. Bu da çox vaxt anlaşılmazlığa gətirib çıxarır. UEFA-dan alınan materiallar, təlimatlar, tövsiyələr hakimlərə tam çatdırılır. Amma bəzi hakim-inspektorların bu sənədlərdən xəbəri olmur. Konkret, bu toplanışda FİFA təlimatçısı Aleksey Spirin ən son yenilikləri çatdırdı. İstərdim ki, bu toplanışda təkcə mən və Xudiyev yox, hakim-inspektorlardan daha 5-6 təlimatçı olsun. Amma onlardan mövzu hazırlamağı xahiş edəndə heç biri yerinə yetirmək istəmir. Problem bundadır.

- Hakim-İnspektorlar Komitəsinin sədri Gülağa Cabbarova bu barədə müraciət etmişdiniz?
- Əgər hakim-inspektor öz üzərində işləmirsə, ona Hakim-İnspektorlar Komitəsinin sədri nə etsin?
 
- Amma ən azı Cabbarovun özü Antalya toplanışınızda təlimatçı kimi iştirak edə bilərdi...
- Biz UEFA-nın hakim-inspektoru Asim Xudiyevi gətirməyi qərara aldıq. Çünki o, ötən ilin oktyabrında Hollandiyanın paytaxtı Amsterdamda hakim-inspektorlar üçün seminarda iştirak edib. Son materiallar, yenilikləri əldə etdiyindən, onu dəvət etməyi məqsədəuyğun saydıq. Digər tərəfdən, hakim-inspektorlarımız da çempionata hazırlaşırlar. 28-29 yanvarda onlar üçün AFFA-da seminar keçirilib.
 
- Ümumiyyətlə, son təlim-məşq toplantınızın əvvəlkilərdən hansı fərqi oldu?
- Əvvəllər hakimlərimiz qış fasiləsinə çıxdıqdan sonra bir müddət dincəlir və birbaşa Antalyada təlim-məşq toplantısına başlayırdılar. Nəticədə onların əksəriyyəti hazırlığın 3-cü günündən sonra fiziki yükləmələrə dözməyərək, sıradan çıxırdı. Amma son iki ildə hakimlərimizin “Bayıl Arena”da UEFA-nın proqramına əsasən, həftədə 2 dəfə Namiq Quliyev tərəfindən təlimləri keçirilir. Bu, daimi hal alıb - istər fasilə olsun, istərsə də çempionatın gedişində baş verir. Çempionatda fasilə yarandıqdan sonra da hakimlərimiz dayanmadılar, məşqlərini davam etdirdilər. Bura gələndə onlardan heç birinin fiziki hazırlıq sarıdan problemi yox idi. Bu toplanışın əsas məqsədlərindən biri də Avropanın aparıcı çempionatlarında iştirak edən müxtəlif komandalar arasında oyunları idarə etməkdir. Çox yaxşı haldır ki, hakimlərimiz səviyyəli, qitənin sayılıb-seçilən komandalarının oyunlarında oldular. Bu, bizim gənc hakimlərimiz üçün böyük məktəbdir. Burada buraxılan səhvlər video-analiz şəklində təhlil olunur, qeyd edilir və digər hakimlər növbəti təyinatlar verilərkən, eyni səhvlərin təkrarlamamasına çalışırlar.
 
- Bəs qış və yay toplanışları arasında fərq nədədir?
- Qış vaxtı Antalya təlim-məşq toplanışı mərkəzinə çevrilir. Avropa ölkələrindən bu bölgəyə xeyli klub gəlir. Gün ərzində hakimlərimiz 5-6 oyun idarə edirlər. Yayda isə toplanış ərzində üst-üstə güclə 10-12 oyun tapırıq. Bu baxımdan, fərq böyükdür. Fikir verirsinizsə, qış toplanışından sonra səhvlər mövsümün əvvəlində buraxılanlarla müqayisədə az olur. Hakim daim iş başında olmalı, praktika qazanmalıdır. O, 1 ay oyun idarə etməsə, yadırğayır.
 
- Mövsümün ikinci yarısına hakimlərimiz nə dərəcədə hazırdırlar?
- Bu sualı komandaların baş məşqçilərinə verəndə onlar həmişə hazırlığı faizlə qiymətləndirirlər. Bilmirəm, o faizi necə hesablayırlar. Mən “faiz”lə danışmayacağam. Amma hesab edirəm ki, qabaqcıl hakimlərimiz çempionata hazırdırlar. Heç kim səhv etməyəcəyini deyə bilməz. Bu, yalan olardı. Nə qədər futbol varsa, hakim səhvləri də olacaq. Amma mümkün qədər səhvlər az olmasına çalışırıq. Ən əsas məsələ odur ki, qərəz olmasın. Buna da inanırıq.
 
- Bəs Premyer Liqadan kənarlaşdırılan Anar Salmanovun hazırlıq səviyyəsi necədir?
- Salmanov Antalyada olduğu müddətdə çox səylə çalışıb, öz üzərində işləyib. Nə dərəcədə hazır olub-olmayacağını və Premyer Liqaya buraxılıb-buraxılmayacağına 5 üzvdən ibarət AFFA Hakimlər Komitəsi qərar verəcək. Kim toplanışımızda özünü yaxşı tərəfdən göstəribsə, onu Premyer Liqaya buraxacağıq. Hətta qabaqcıl hakim olsa belə, Antalyadakı oyunlarda səhvlərə yol veribsə, o, kənarda qala bilər. Belə hallar da mümkündür.
 
- Salmanovun yoxluğu mövsümün ilk yarısında nə qədər hiss olundu?
- Əvəzolunmaz hakim yoxdur. Salmanov olmadığı müddətdə də Premyer Liqada hakimlik öz axarı ilə davam edib. Amma o, təbii ki, ən yaxşı hakimlərimizdən biridir. İstəməzdim ki, belə bir hakim kənarda qalsın. Amma Azərbaycan Kubokunun həlledici qarşılaşmalarından birində - “Neftçi” - “Qarabağ” matçında buraxdığı kobud səhvə görə tam cəzasını çəkməlidir.
 
- Hesab etmirsinizmi ki, onun cəzası çox oldu?
- Belə düşünmürəm. O səhv çempionat matçında buraxılsaydı, komanda itirdiyi xalı növbəti turlarda kompensasiya edə, qaytara bilərdi. Amma bu, Azərbaycan Kubokunun yarımfinal matçı idi. Məğlub komanda kubokla vidalaşacaqdı. Salmanovun buraxdığı kobud səhv “Qarabağ”ı finaldan məhrum etdi. Amma kim bilir, Ağdam komandası finalda da qalib gələrək, kuboka sahib olacaqdı. Bu mənada, kubok və çempionat oyunlarındakı səhvlər arasında fərqlər var.
 
- Bəs Elçin Məmmədovun qayıdışı gözlənilir?
- Xeyr, o, böyük futboldan gedib.   
 
lent.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

Facebookdan bizi izləməyi unutmayın.
X