Fərid Quliyevin yeni iş yeri müəyyənləşib. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq üzvü karyerasını I divizionda davam etdirəcək.
Belə ki, Fərid "Araz"la anlaşıb. Hücumçu artıq yeni komandası ilə məşqlə də çıxıb. Beləliklə, bir müddət əvvəl AZAL və ya "Rəvan"a keçəcəyi deyilən Quliyev I diviziona üz tutub.
Qeyd edək ki, Fəridin son klubu "Kahramanmaraşspor" olub. O, əvvəllər "Dinamo" (Bakı), "Qarabağ", "Bakı", "Muğan", "Standard", "Neftçi", "Simurq", "Sumqayıt", "Turan" və "Kəpəz"də çıxış edib, milli komandada 7 oyun keçirərək 1 qol vurub.
Fanat.az