Azərbaycan atleti Oloxan Musayev Tokio 2020 Yay Paralimpiya Oyunlarında ilk çıxışını medalsız başa vurub.
Fanat.Az xəbər verir ki, nüvəitələmə növündə yarışan Pekin 2008-in qalibi 11.89 metr nəticə göstərib. Bu, 42 yaşlı idmançımıza 8 iştirakçı arasında beşinci olmağa yetib.
Komandamızın bayraqdarı növbəti cəhdini avqustun 30-da diskatma növündə edəcək.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio 2020-də 5 medal qazanıb. Bunlardan 3-ü qızıl, 2-si bürüncdür. Paralimpiadaya sentyabrın 5-də yekun vurulacaq.
Sahib Əsədbəyli