AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri U-15 və U-19 liqasında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
U-15 Liqasında iştirak edən “Vətən” klubunun heyətində çıxış edən Səlimxan Zamanovun sənədlərinin saxta olması aşkar edilib. Bu səbəbdən də futbolçunun çıxış etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
U-19 Liqasının “Rəvan” - “Simurq” matçının 87-ci dəqiqəsində “Simurq”un futbolçusu Famil İbrahimxəlilov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır.
U-19 Liqasının “Sumqayıt” - “Neftçi” matçının 52-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Turan Təhməzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
U-19 Liqasının “Qəbələ” - “Simurq” matçının 20-ci dəqiqəsində “Simurq”un futbolçusu Şuay Hüseynov sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır.
Fanat.az