Məlum olduğu kimi, AFFA-nın İcraiyyə Komitəsinin 2013-cü il dekabrın 18-də keçirilmiş iclasında qəbul olunmuş qərarlardan biri də Premyer Liqada çıxış edən klublarda uşaq və yeniyetmə futbolu ilə bağlı fəaliyyət göstərmək üçün AFFA tərəfindən idman direktoru təyin olunması idi. Dünən xəbər verdiyimiz kimi, fevralın 1-dən etibarən Frank Bernhard (Almaniya) "Sumqayıt"da idman direktoru postunda işə başlayıb.
26 avqust 1969-cu ildə anadan olan mütəxəssis 2005-ci ildə PRO kateqoriyasına yiyələnib. Frank 2000-2006-cı illər ərzində "Sankt-Pauli"nin U-17, U-19 və U-23 komandalarının baş məşqçisi olub. O, 2007-ci ildən etibarən Estoniya Futbol Federasiyasında texniki direktor vəzifəsində çalışıb və həmin ölkənin U-19 və U-21 millilərini çalışdırıb. Çalışdırıcı son olaraq Estoniya Premyer Liqasında çıxış edən "Kalev" klubunun baş məşqçisi olub.
Fanat.az