"Sumqayıt" azarkeşləri ilə dostluq oyunu keçirib.
Fanat.Az xəbər verir ki, dostluq oyunu dünən "Kapital Bank Arena"nın ehtiyat meydançasında baş tutub.
Görüşdə "Sumqayıt" Futbol Klubunun rəhbərliyi və məşqçi heyəti ilə azarkeş qrupunun üzvləri üz-üzə gəlib. Qarşılaşmada klubun prezidenti Riad Rəfiyev, baş məşqçi Ayxan Abbasov, məşqçilər və ofis heyətinin üzvləri iştirak edib.
Oyundan sonra isə azarkeşlərlə çay süfrəsi ətrafında görüş baş tutub. Klub prezidenti və baş məşqçi tərəfindən fan-klub üzvlərinin fikir və təklifləri dinlənilib.